SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib

© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib
Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb.
BAKI, 28 aprel — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 28-də Fəxri xiyabanda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Dövlət başçısı Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə gül dəstəsi qoyub, əziz xatirəsini ehtiramla anıb.
© Official website of President of Azerbaijan RepublicPrezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib
Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Prezident İlham Əliyev akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib
Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.
Prezident İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə gül dəstəsi qoyub.
Qeyd edək ki, aprelin 28-də Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100 ili tamam olub.
Birinci vitse-prezident Mehriban Əliyeva Zərifə Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı "Twitter" hesabında paylaşım edib.
“Bu gün Zərifə Əliyevanın anadan olmasının 100 illiyi tamam olur. Bu xeyirxah, mehriban, səmimi İnsanı tanıyan hər kəs kimi, mən də onun nurlu simasını yaddaşımda qoruyub saxlayıram!", - deyə birinci vitse-prezident paylaşımında bildirib.
Qeyd edək ki, görkəmli oftalmoloq-alimin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə Prezident İlham Əliyevin ötən ilin noyabrında imzaladığı Sərəncam akademik Zərifə Əliyevanın tibb sahəsində xidmətlərinə dövlət səviyyəsində verilən yüksək qiymət olmaqla onun elmi irsinin aktuallığını bir daha təsdiqləyir.
Yubiley tədbirləri çərçivəsində Səhiyyə Nazirliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının keçirdiyi konfranslar elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır, tədqiqatçılar üçün yeni istiqamətlər müəyyənləşdirir. Çünki görkəmli oftalmoloq-alimin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir.
Xəbər lenti
0