https://sputnik.az/20230428/ne-qeder-erazi-mina-ve-partlamamis-sursatlardan-temizlenib-reqemler-aciqlandi-454242881.html
Nə qədər ərazi mina və partlamamış sursatlardan təmizlənib? Rəqəmlər açıqlandı
Nə qədər ərazi mina və partlamamış sursatlardan təmizlənib? Rəqəmlər açıqlandı
Sputnik Azərbaycan
Postmüharibə dövründə 298 nəfər mina və partlamamış sursatların qurbanı olub ki, onların 53 nəfəri həyatını itirib, 245 nəfər müxtəlif dərəcəli bədən... 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T20:45+0400
2023-04-28T20:45+0400
2023-04-28T20:45+0400
mina
cəmiyyət
anama
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062752_0:17:1000:580_1920x0_80_0_0_a2e626fa534003160dfc1057ca69e52b.jpg
BAKI, 28 aprel — Sputnik. Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən brifinq təşkil edilib. Brifinqdə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, Azərbaycan ərazisi dünyada ən çox mina və partlamamış sursatlarla zəhərlənmiş ölkələr arasındadır. Onun sözlərinə görə, indiyə qədər 77 890 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Bu ərazilərdən 86 244 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib. ANAMA direktoru bildirib ki, piyada əleyhinə 28 043 mina aşkar olunub, tank əleyhinə isə 14 957 mina zərərsizləşdirilib. Vüqar Süleymanov xarici diplomatların diqqətinə çatdırıb ki, minatəmizləmə prosesi intensiv şəkildə davam etsə də hələ də azad olunmuş bu ərazilərdə azərbaycanlılar həlak olur. "Postmüharibə dövründə 298 nəfər mina və partlamamış sursatların qurbanı olub ki, onların 53 nəfəri həyatını itirib, 245 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, 1991-ci ildən bəri 3 377 nəfər həlak olub və ya yaralanıb ki, onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadınlar olub" (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/08/10/445062752_102:0:898:597_1920x0_80_0_0_51748894db01de407839cdc9f0fd15b7.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mina, anama
Nə qədər ərazi mina və partlamamış sursatlardan təmizlənib? Rəqəmlər açıqlandı
Postmüharibə dövründə 298 nəfər mina və partlamamış sursatların qurbanı olub ki, onların 53 nəfəri həyatını itirib, 245 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
BAKI, 28 aprel — Sputnik. Azərbaycanda akkreditə olunmuş səfirlik və beynəlxalq təşkilat nümayəndələri üçün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən brifinq təşkil edilib.
Brifinqdə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib ki, Azərbaycan ərazisi dünyada ən çox mina və partlamamış sursatlarla zəhərlənmiş ölkələr arasındadır.
Onun sözlərinə görə, indiyə qədər 77 890 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib.
Bu ərazilərdən 86 244 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.
ANAMA direktoru bildirib ki, piyada əleyhinə 28 043 mina aşkar olunub, tank əleyhinə isə 14 957 mina zərərsizləşdirilib.
Vüqar Süleymanov xarici diplomatların diqqətinə çatdırıb ki, minatəmizləmə prosesi intensiv şəkildə davam etsə də hələ də azad olunmuş bu ərazilərdə azərbaycanlılar həlak olur.
"Postmüharibə dövründə 298 nəfər mina və partlamamış sursatların qurbanı olub ki, onların 53 nəfəri həyatını itirib, 245 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ümumilikdə, 1991-ci ildən bəri 3 377 nəfər həlak olub və ya yaralanıb ki, onlardan 358 nəfəri uşaqlar, 38 nəfəri qadınlar olub" (APA).