SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev və Mehriban Əliyeva türk atletlərlə görüşüblər

© AFP 2024 / OLIVER BUNICPrezident İlham Əliyev
Prezident İlham Əliyev - Sputnik Azərbaycan, 1920, 28.04.2023
Abunə olmaq
İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən Türkiyə idmançıları "Tərəqqi" medalı ilə təltif edilirlər.
BAKI, 28 aprel — Sputnik. Aprelin 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionatında qələbələrini Azərbaycana həsr etmiş Türkiyə idmançıları ilə görüşüblər.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
İlham Əliyev İrəvanda qələbələrini Azərbaycana həsr etmiş Türkiyə atletlərini təltif edib
Cansu Bektaş, Qamze Altun və Nuray Güngör "Tərəqqi" medalı ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, İrəvanda keçirilən ağır atletika üzrə Avropa Çempionatında qələbələrini Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq münasibətlərinin təzahürü kimi Azərbaycana həsr edən aşağıdakı Türkiyə idmançıları "Tərəqqi" medalı ilə təltif edilirlər:
Cansu Bektaş
Qamze Altun
Nuray Güngör.
Xatırladaq ki, 2023-cü il aprelin 14-də İrəvanda keçirilən Ağır Atletika üzrə Avropa Çempionatının Açılış Mərasimi zamanı bir nəfər Azərbaycan bayrağını yandırıb.
Belə ki, aprelin 14-də axşam ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi keçirilib.
İştirakçı ölkələrin təqdimatı zamanı Azərbaycan bayrağıda səhnəyə gətirilib. Bu zaman təşkilatçılardan biri bayrağı aparan qızın əlindən alıb və yandırıb, sonra isə zaldan qaçıb. Bir müddət sonra bayraq geri qaytarılıb. Bütün baş verənlər tamaşaçıların fiti ilə müşayiət olunub.
Bayrağı yandıran şəxsin təşkilatçı komandanın üzvü, dizayner Aram Nikolyan olduğu müəyyən edilib.
Xəbər lenti
0