Formula 1 üzrə Azərbaycan Qran-prisinin ilk günündən göz oxşayan kadrlar
Formula 1 üzrə Azərbaycan Qran-prisinin ilk günündən göz oxşayan kadrlar
Sputnik Azərbaycan
Sputnik Azərbaycan-ın əməkdaşı "Formula 1" üzrə Azərbaycan Qran-prisindən maraqlı anları fotokameranın yaddaşına köçürüb. 28.04.2023, Sputnik Azərbaycan
"Formula 1"in sosial şəbəkə hesabları Azərbaycan Qran-prisi ilə bağlı növbəti paylaşımı edib.Videoçarxda sıralama turunun ən maraqlı anlarından ibarət görüntülər yer alıb.Paylaşımın üzərində isə bu cümlə yazılıb: "Bakı heç vaxt məyus etmir".Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi aprelin 28-də paytaxt Bakıda start götürüb. Bir saat davam edən sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib."Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.İlk "beşliy"i müvafiq olaraq Leklerin komanda yoldaşı Karlos Sayns və "Mclaren"dən Lando Norris tamamlayıb."Haas"dan Kevin Maqnussen və "Alpin"dən Pyer Qasli yarışı sonadək davam etdirə bilməyiblər."Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda isə qəza baş verib. "Alfa Tauri"dən Nik de Vris uğursuzluqla üzləşib. Onun bolidi təhlükəsizlik baryerinə çırpılıb.Nəticədə qırmızı bayraq qaldırılıb və niderlandlı sürücü yarışa davam edə bilməyib.Sıralama turunu "Ferrari" pilotu Şarl Lekler mübarizəni birinci pillədə bitirib."Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub."Ferrari"nin digər sürücüsü Karlos Saynz və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.Sputnik Azərbaycan-ın əməkdaşı "Formula 1" üzrə Azərbaycan Qran-prisindən maraqlı anları fotokameranın yaddaşına köçürüb.
Xatırladaq ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi aprelin 28-də paytaxt Bakıda start götürüb. Bir saat davam edən sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib.
"Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.
İlk "beşliy"i müvafiq olaraq Leklerin komanda yoldaşı Karlos Sayns və "Mclaren"dən Lando Norris tamamlayıb.
"Haas"dan Kevin Maqnussen və "Alpin"dən Pyer Qasli yarışı sonadək davam etdirə bilməyiblər.
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin sıralama turunda isə qəza baş verib. "Alfa Tauri"dən Nik de Vris uğursuzluqla üzləşib. Onun bolidi təhlükəsizlik baryerinə çırpılıb.
Nəticədə qırmızı bayraq qaldırılıb və niderlandlı sürücü yarışa davam edə bilməyib.
Sıralama turunu "Ferrari" pilotu Şarl Lekler mübarizəni birinci pillədə bitirib.
"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub.
"Ferrari"nin digər sürücüsü Karlos Saynz və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar.
Sputnik Azərbaycan-ın əməkdaşı "Formula 1" üzrə Azərbaycan Qran-prisindən maraqlı anları fotokameranın yaddaşına köçürüb.