https://sputnik.az/20230428/azerbaycan-muasir-boeing-787-dreamliner-teyyareleri-alacaq-454238007.html
Azərbaycan müasir “Boeing 787 Dreamliner” təyyarələri alacaq
Azərbaycan müasir “Boeing 787 Dreamliner” təyyarələri alacaq
Sputnik Azərbaycan
“Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil qeyd edib ki , “Boeing 787“ təyyarəsi sayəsində “Azərbaycan Hava Yolları”... 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T19:00+0400
2023-04-28T19:00+0400
2023-04-28T19:00+0400
"boeing 737-800" tipli sərnişin təyyarəsi
cəmiyyət
azal
"azərbaycan hava yolları" qsc-nin (azal)
https://cdnn1.img.sputnik.az/img/07e5/03/19/426551092_0:0:2001:1125_1920x0_80_0_0_53606e803902f54314a282638a82d915.jpg
BAKI, 28 aprel — Sputnik. AZAL və “Boeing” 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. Aviaşirkətin uzun məsafəli donanmasının genişləndirilməsini təmin etmək məqsədilə razılaşmaya əsasən təyyarələrin beşinin 2030-cu ilə qədər, yerdə qalan üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur. Yüksək səmərəli hava gəmiləri aviaşirkətə marşrut şəbəkəsini və ölkəyə turist cəlb etmək imkanlarını genişləndirməyə şərait yaradacaq. Bu barədə AZAL prezidenti Cahangir Əsgərov deyib. O bildirib ki, ölkənin mülki aviasiyasının uğurlu inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin davamlı dəstəyi və diqqəti sayəsində mümkün olub: "Müasir geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələrinin əldə olunması üçün “Boeing” şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi və aviadaşımaların səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır”. Çevikliyi, uzaq məsafəli uçuşları və yanacağa qənaəti sayəsində “Boeing 787 Dreamliner” təyyarələri aviaşirkətlərə 350-dən çox yeni birbaşa marşrutlar açmağa imkan verib. Yeni “Dreamliner” təyyarələri “Azərbaycan Hava Yolları”na Avropa, Asiya və digər regionlarda öz şəbəkəsini genişləndirməyə imkan verəcək. “Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil qeyd edib ki, “Boeing 787“ təyyarəsi sayəsində “Azərbaycan Hava Yolları” Mərkəzi Asiyanın aviaşirkətləri sırasında liderliyini möhkəmləndirib: "Laynerin çevikliyi və imkanları Azərbaycanda turizm və iqtisadi artım üçün yeni perspektivlər açır. AZAL ilə uğurlu əməkdaşlığımız 20 ildən artıqdır ki, davam edir və əlavə “Dreamliner” təyyarəsinin yeni sifarişi məhsullarımızın əhəmiyyətini və iki şirkət arasındakı münasibətlərin dərinliyini vurğulayır”. Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti öz donanmasında “Boeing 757” , “Boeing 767” və “Boeing 787” təyyarələri də daxil olmaqla müxtəlif model hava gəmilərindən istifadə edir. Dünyanın aparıcı aerokosmik şirkəti olan “Boeing” 150-dən çox ölkədə müştəriləri üçün mülki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı və texniki xidməti üçün xidmətlər və sistemlər hazırlayır, istehsal və təmin edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/19/426551092_0:0:1777:1333_1920x0_80_0_0_b380fd113b746d38164c3eb168c14fb2.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
"boeing 737-800" tipli sərnişin təyyarəsi, azal, "azərbaycan hava yolları" qsc-nin (azal)
"boeing 737-800" tipli sərnişin təyyarəsi, azal, "azərbaycan hava yolları" qsc-nin (azal)
Azərbaycan müasir “Boeing 787 Dreamliner” təyyarələri alacaq
“Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil qeyd edib ki , “Boeing 787“ təyyarəsi sayəsində “Azərbaycan Hava Yolları” Mərkəzi Asiyanın aviaşirkətləri sırasında liderliyini möhkəmləndirib.
BAKI, 28 aprel — Sputnik. AZAL və “Boeing” 8 ədəd “787-8 Dreamliner” təyyarəsinin tədarükünə dair razılıq əldə edib. Aviaşirkətin uzun məsafəli donanmasının genişləndirilməsini təmin etmək məqsədilə razılaşmaya əsasən təyyarələrin beşinin 2030-cu ilə qədər, yerdə qalan üç ədədinin isə 2030-cu ildən sonra təhvil verilməsi nəzərdə tutulur. Yüksək səmərəli hava gəmiləri aviaşirkətə marşrut şəbəkəsini və ölkəyə turist cəlb etmək imkanlarını genişləndirməyə şərait yaradacaq.
Bu barədə AZAL prezidenti Cahangir Əsgərov deyib.
O bildirib ki, ölkənin mülki aviasiyasının uğurlu inkişafı Azərbaycan Prezidenti İlham Əliyevin davamlı dəstəyi və diqqəti sayəsində mümkün olub: "Müasir geniş gövdəli “Boeing 787 Dreamliner” təyyarələrinin əldə olunması üçün “Boeing” şirkəti ilə müqavilənin imzalanması AZAL-ın donanmasının modernləşdirilməsi və aviadaşımaların səviyyəsinin yüksəldilməsi çərçivəsində mühüm addımdır”.
Çevikliyi, uzaq məsafəli uçuşları və yanacağa qənaəti sayəsində “Boeing 787 Dreamliner” təyyarələri aviaşirkətlərə 350-dən çox yeni birbaşa marşrutlar açmağa imkan verib. Yeni “Dreamliner” təyyarələri “Azərbaycan Hava Yolları”na Avropa, Asiya və digər regionlarda öz şəbəkəsini genişləndirməyə imkan verəcək.
“Boeing Commercial Airplanes” şirkətinin prezidenti və baş icraçı direktoru Sten Dil qeyd edib ki, “Boeing 787“ təyyarəsi sayəsində “Azərbaycan Hava Yolları” Mərkəzi Asiyanın aviaşirkətləri sırasında liderliyini möhkəmləndirib: "Laynerin çevikliyi və imkanları Azərbaycanda turizm və iqtisadi artım üçün yeni perspektivlər açır. AZAL ilə uğurlu əməkdaşlığımız 20 ildən artıqdır ki, davam edir və əlavə “Dreamliner” təyyarəsinin yeni sifarişi məhsullarımızın əhəmiyyətini və iki şirkət arasındakı münasibətlərin dərinliyini vurğulayır”.
Qeyd edək ki, “Azərbaycan Hava Yolları” aviaşirkəti öz donanmasında “Boeing 757” , “Boeing 767” və “Boeing 787” təyyarələri də daxil olmaqla müxtəlif model hava gəmilərindən istifadə edir. Dünyanın aparıcı aerokosmik şirkəti olan “Boeing” 150-dən çox ölkədə müştəriləri üçün mülki təyyarələrin, kosmik gəmilərin, müdafiə məhsullarının istismarı və texniki xidməti üçün xidmətlər və sistemlər hazırlayır, istehsal və təmin edir.