https://sputnik.az/20230428/avropa-qaz-bazarinda-azerbaycanin-payi-artib---dunya-banki-454225064.html
Avropa qaz bazarında Azərbaycanın payı artıb - Dünya Bankı
Avropa qaz bazarında Azərbaycanın payı artıb - Dünya Bankı
Sputnik Azərbaycan
Azərbaycanın Avropa qaz bazarında payı 2021-ci ildəki 4,9%-dən 2022-ci ildə 6,9%-ə yüksəlib. 28.04.2023, Sputnik Azərbaycan
2023-04-28T23:37+0400
2023-04-28T23:37+0400
2023-04-28T23:37+0400
qaz
neft-qaz
avropa
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891526_0:159:3078:1890_1920x0_80_0_0_bb565ced31aefbf53b651d969b12cc00.jpg
BAKI, 28 aprel — Sputnik. 2022-ci ildə Azərbaycanın Avropa qaz bazarında payı artıb. Bu barədə Dünya Bankının hesabatında əks olunan məlumata görə, Azərbaycanın Avropa qaz bazarında payı 2021-ci ildəki 4,9%-dən 2022-ci ildə 6,9%-ə yüksəlib. Dünya Bankı qeyd edib ki, Azərbaycanla yanaşı, ABŞ, Qatar və Norveçin də Avropa bazarında payı artıb. ABŞ-nin payı 8%-dən 17,4%-ə kimi, Qatarın payı 6,8%-dən 7,4%-ə, Norveçin payı isə 9%-dən 12,5%-ə kimi artıb. Digər ölkələrin payı isə 23,7%-dən 25,3%-ə yüksəlib. Buna səbəb isə ötən il Ukrayna ilə müharibə səbəbindən Rusiya qazına tətbiq edilən sanksiyalar olub. Belə ki, Rusiya Avropa bazarındakı payı 34,1%-dən 19,5%-ə kimi azalıb. Rusiya ilə yanaşı, Əlcəzair də bazar payını nisbətən itirib. Nəticədə bazar payı 20,2%-dən 18,5%-ə enib (APA). Xatırladaq ki, Azərbaycan 2023-cü ilin birinci rübündə qaz hasilatını 3% artıraraq 12,2 milyard kubmetrə çatdırıb. Eyni zamanda, hasil edilən mavi yanacağın yarıdan çoxu və ya 6,5 milyard kubmetri beynəlxalq bazarlara çıxarılıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/05/0d/441891526_174:0:2905:2048_1920x0_80_0_0_eebf022fe89d8a54837c9aedf0e88c6d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
qaz, avropa
Avropa qaz bazarında Azərbaycanın payı artıb - Dünya Bankı
Azərbaycanın Avropa qaz bazarında payı 2021-ci ildəki 4,9%-dən 2022-ci ildə 6,9%-ə yüksəlib.
BAKI, 28 aprel — Sputnik. 2022-ci ildə Azərbaycanın Avropa qaz bazarında payı artıb.
Bu barədə Dünya Bankının hesabatında əks olunan məlumata görə, Azərbaycanın Avropa qaz bazarında payı 2021-ci ildəki 4,9%-dən 2022-ci ildə 6,9%-ə yüksəlib.
Dünya Bankı qeyd edib ki, Azərbaycanla yanaşı, ABŞ, Qatar və Norveçin də Avropa bazarında payı artıb. ABŞ-nin payı 8%-dən 17,4%-ə kimi, Qatarın payı 6,8%-dən 7,4%-ə, Norveçin payı isə 9%-dən 12,5%-ə kimi artıb. Digər ölkələrin payı isə 23,7%-dən 25,3%-ə yüksəlib. Buna səbəb isə ötən il Ukrayna ilə müharibə səbəbindən Rusiya qazına tətbiq edilən sanksiyalar olub. Belə ki, Rusiya Avropa bazarındakı payı 34,1%-dən 19,5%-ə kimi azalıb. Rusiya ilə yanaşı, Əlcəzair də bazar payını nisbətən itirib. Nəticədə bazar payı 20,2%-dən 18,5%-ə enib (APA).
Xatırladaq ki, Azərbaycan 2023-cü ilin birinci rübündə qaz hasilatını 3% artıraraq 12,2 milyard kubmetrə çatdırıb. Eyni zamanda, hasil edilən mavi yanacağın yarıdan çoxu və ya 6,5 milyard kubmetri beynəlxalq bazarlara çıxarılıb.