DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyə, Rusiya, İran və Suriya liderləri arasında dördtərəfli görüş keçirilə bilər - Akar

© Mark Wilson / Getty Images / AFPməmur
məmur - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Abunə olmaq
Türkiyənin milli müdafiə naziri bildirib ki, Türkiyədəki suriyalıların sayı artıq kifayət qədərdir, daha çox suriyalını ölkəmizdə qonaq etməyə imkanımız yoxdur.
BAKI, 27 aprel — Sputnik. "Bu günlərdə Moskvada Rusiya, İran və Suriyadan olan həmkarlarımızla dörtərəfli müzakirə keçirdik". Bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar NTV-yə müsahibəsində deyib.
© Turkish Defense Ministry via APHulusi Akar
Министр национальной обороны Турции Хулуси Акар, фото из архива - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Hulusi Akar
O söyləyib ki, Türkiyənin prioriteti sərhədlərin təhlükəsizliyidir:

"Bizim istəklərimiz qeyri-leqal deyil. Biz Moskvada bütün qonşularımızın suverenliyinə hörmət etdiyimizi bildirdik. Həmçinin dedik ki, Türkiyədəki suriyalıların sayı artıq kifayət qədərdir. Yəni daha çox suriyalını ölkəmizdə qonaq etməyə imkanımız yoxdur".

Nazir vurğulayıb ki, gələcəkdə atılacaq addımlar sayəsində müəyyən nəticələr əldə oluna bilər:
"Cənab Prezident Rəcəb Tayyib Ərdoğan müntəzəm olaraq rusiyalı, iranlı həmkarları ilə danışır, bu məsələləri müzakirə edir. Gələcəkdə liderlər səviyyəsində də dördtəfli görüş keçirilə bilər", - deyə nazir vurğulayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0