https://sputnik.az/20230427/resul-rzanin-ev-muzeyinin-temir-ve-berpasi-texire-salinib-454199412.html
Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb
Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb
Sputnik Azərbaycan
Şairin oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb. 27.04.2023, Sputnik Azərbaycan
2023-04-27T23:19+0400
2023-04-27T23:19+0400
2023-04-27T23:19+0400
mədəniyyət
anar
yazıçı
şair
təmir
muzey
https://cdnn1.img.sputnik.az/img/40523/47/405234737_0:154:2465:1541_1920x0_80_0_0_60a4747dd244fc7b13f068c38e8eebf6.jpg
BAKI, 27 aprel — Sputnik. Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb. Buna səbəb mədəniyyət nazirinin dəyişməsi olub. R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev "Report"a açıqlamasında bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb:Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb. Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40523/47/405234737_0:0:2465:1849_1920x0_80_0_0_456f597ad38820dd97d8da0403f2ccd5.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
anar, yazıçı, şair, təmir, muzey
anar, yazıçı, şair, təmir, muzey
Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb
Şairin oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb.
BAKI, 27 aprel — Sputnik. Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rzanın ev-muzeyinin təmir və bərpası təxirə salınıb. Buna səbəb mədəniyyət nazirinin dəyişməsi olub.
R.Rzanın oğlu, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev "Report"a açıqlamasında bildirib ki, evdə təmir bərpa işlərinə hələ də başlanılmayıb:
"Heç vəsait də ayrılmayıb. Mədəniyyət naziri də dəyişdi. Köhnə nazir, Anar Kərimov bir şey etmədi. Gərək təzə nazir, Adil Kərimli ilə danışam".
Qeyd edək ki, 2022-ci il iyunun 23-də Prezident İlham Əliyev Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabinetinə Bakı şəhəri, Səbail rayonu, Rəsul Rza küçəsi 21/26, mənzil 18 ünvanında Rəsul Rzanın ev-muzeyinin yaradılması ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək tapşırılıb.
Sabiq mədəniyyət naziri Anar Kərimov ötən ilin sentyabr ayında Rəsul Rzanın ev-muzeyini ziyarət etmişdi. Ziyarət çərçivəsində ev-muzeyində həyata keçiriləcək təmir və bədii-tərtibat işləri barədə Xalq şairinin ailə üzvləri ilə müzakirələr və fikir mübadiləsi aparılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.