Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Nazir: "Universitetlərin strukturu elmi tədqiqat aparmağa imkan vermir"

© Sputnik / Murad OrujovTəhsil naziri Emin Əmrullayev
Təhsil naziri Emin Əmrullayev - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Abunə olmaq
Elm və təhsil naziri bildirib ki, bəzi təhsil müəssisələrini elmi tədqiqat institutlarına birləşdirməyi düzgün hesab etmir.
BAKI, 27 aprel — Sputnik. "Universitet və elmi tədqiqat institutları əlaqəli şəkildə fəaliyyət göstərmir". Bunu elm və təhsil naziri Emin Əmrullayev deyib.
Onun sözlərinə görə, vaxtilə bu təhsil müəssisələrinə tədqiqatlar üçün bəlli maliyyə ayrılırdı:

"İndi universitetlərin strukturu elmi tədqiqat aparmağa imkan vermir. Onlar daha çox tələbə cəlb etməyə istiqamətlənib".

"Həmçinin ali təhsil müəssisələrində tədqiqatların maliyyələşdirilməsi mexanizmi yoxdur. Elə bir kombinasiya yaratmalıyıq ki, universitetlərin tədqiqat institutları ilə birgə əməkdaşlığı ilə elmi tədqiqatlar yaradılsın. Bəzi təhsil müəssisələrini elmi tədqiqat institutlarına birləşdirməyi düzgün hesab etmirik", - deyə o əlavə edib.
Daha sonra nazir bildirib ki, hazırkı layihənin ilkin nəticəsi iyulun 7-də görünəcək:
"Sentyabr ayından isə tədqiqat institutlarına maliyyə yönləndirəcəyik. Bununla da növbəti illərdə institutların inkişafı və universitetlərin elmi-tədqiqatlarının genişlənəcəyini düşünürük. Beləliklə, layihə təqdim edən alimin əməkhaqqısı artacaq, əks halda isə sabit qalacaq", - nazir vurğulayıb
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0