CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Naxçıvanın daşınmaz əmlak bazarında qiymət artımı müşahidə olunur

© Sputnik/Fuad HasanovDaşınmaz əmlak agentliyi
Daşınmaz əmlak agentliyi - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Abunə olmaq
Ölkənin aparıcı bankları hazırda Naxçıvanda öz filiallarını açır və bura ciddi kreditlər ayrılır.
BAKI, 27 aprel — Sputnik. Son dövrlər Naxçıvanda aparılan islahatların nəticəsində Muxtar Respublikanın daşınmaz əmlak bazarında çox ciddi dinamiklik yaranıb. Bu barədə "Report"a açıqlamasında Naxçıvanın daşınmaz əmlak bazarını araşdıran Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
V.Oruc bu dinamikliyin şərtlərini aydınlaşdıraraq deyib ki, Naxçıvanın daşınmaz əmlak bazarında uzun müddət dinamiklik olmayıb.

"Bazarda alqı-satqı çox nadir halda olur və qiymətlər də müəyyən şəxslərin nəzarəti altında idi. Naxçıvanda azad bazar münasibətləri demək olar ki, yox idi. Kimsə öz əmlakını satmaq istəyirdisə və o ciddi əhəmiyyətli bir qeyri-yaşayış sahəsi və ya villa idisə, mütləq müəyyən maneələrə rast gəlirdi. Azad bazar münasibətləri olmadığına görə daşınmaz əmlak bazarındakı qiymətlər də tələb və təklifə uyğun olaraq tənzimlənmirdi", - deyə qurum rəhbəri bildirib.

Onun sözlərinə görə, hazırda Naxçıvanın daşınmaz əmlak bazarında alqı-satqı faktları artıb. Bankların bu bazara diqqəti yüksəlib.

"Ölkənin aparıcı bankları hazırda Naxçıvanda öz filiallarını açır və bura ciddi kreditlər ayrılır. Bunlar daşınmaz əmlak bazarında aktivliyin təmini üçün əsas şərtlərdəndir. Naxçıvan İran və Türkiyə ilə həmsərhəddir və bu iki dövlətlə ticarət əlaqələri var. Buna görə də daşınmaz əmlaka qoyulan investisiya baxımından Naxçıvanın perspektivləri çox böyükdür", - deyə V.Oruc fikrini taamamlayıb.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0