Moskvada "Heydər Əliyev və Baykal-Amur magistral xətti" mövzusunda tədbir keçirilib
20:14 27.04.2023 (Yenilənib: 20:24 27.04.2023)
© Photo : AZƏRTACRusiyada Ulu Öndərin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb
© Photo : AZƏRTAC
Abunə olmaq
Poçt markasının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı fonunda Ümummilli Lider Heydər Əliyevin portreti təsvir edilib.
BAKI, 27 aprel — Sputnik. Aprelin 27-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və "Azərbaycan Dəmir Yolları" QCS-nin təşəbbüsü, "Rusiya Dəmir Yolları" ASC, Rusiya Nəqliyyat Universiteti və Azərbaycanın Rusiyadakı səfirliyinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində "Heydər Əliyevin Baykal-Amur magistral xəttinin tikintisində müstəsna rolu" mövzusunda tədbir keçirilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, Rusiya Nəqliyyat Universitetində təşkil olunmuş tədbirdə əvvəlcə Heydər Əliyevin Baykal-Amur magistralının (BAM) tikintisinə verdiyi töhfələri özündə ehtiva edən sənədli film nümayiş olunub.
Daha sonra tədbirdə çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Ümummilli Liderin Sovet İttifaqının ən nəhəng infrastruktur layihəsi hesab olunan BAM-ın uğurla həyata keçirilməsindəki müstəsna xidmətlərindən danışıb.
© Photo : AZƏRTACRusiyada Ulu Öndərin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb
Rusiyada Ulu Öndərin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb
© Photo : AZƏRTAC
Nazir qeyd edib ki, Ulu Öndər SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı illərdə nəqliyyat sahəsinin kuratoru olaraq mükəmməl təşkilatçılıq bacarığı, qətiyyəti və inamı sayəsində BAM-ın inşasının uğurla başa çatdırılmasına nail olub:
"Heydər Əliyev BAM dəmir yolu xəttinin tikintisini Sibirin və Uzaq Şərqin böyük kəşfi kimi qiymətləndirirdi. Çünki bu tikinti ilə dəmir yolu xətti zonasında faydalı qazıntılarla zəngin olan böyük bir ərazi istismara verilib. Heydər Əliyev qısa bir müddətdə BAM-ın coğrafi ərazisini mühüm sənaye bazasına, sosial-iqtisadi və mədəni mərkəzə çevirməyi bacardı".
Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin çıxış edərək deyib ki, mürəkkəb geoloji struktura və sərt iqlimə malik ərazidə magistral və dəmir yollarının çəkilməsi əsl qəhrəmanlıq nümunəsi olub:
"BAM-ın ərsəyə gəlməsi Sakit okean regionu və Avropa ölkələri arasında ən qısa marşrut olmaqla Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından səmərəli istifadə edilməsinə əlverişli şərait yaratdı. Heydər Əliyevin BAM üzrə kurator işlədiyi dövrdə tikinti işləri xeyli intensivləşib, qarşıya qoyulan məqsədlərə tam nail olunmuşdu".
Tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyi, "Rusiya Dəmir Yolları" ASC-nin rəhbərliyi, Azərbaycanın Rusiyadakı səfirliyinin diplomatları, Rusiyanın "BAM" İctimai Birliyinin üzvləri, Rusiyadakı Azərbaycan diasporunun üzvləri və tələbələr iştirak ediblər.
Sonra konsert proqramı nümayiş olunub.
Qeyd edək ki, Rusiya Nəqliyyat Universitetində təşkil olunmuş tədbirlər planı çərçivəsində rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov universitetdə təhsil alan bir qrup azərbaycanlı tələbə ilə görüşüb, onların təhsil məsələləri ilə maraqlanıblar.
Eyni zamanda Moskva şəhərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Rusiyanın dövriyyəyə buraxdığı poçt markasının rəsmi möhürlənmə mərasimi təşkil olunub.
Markanın möhürlənməsi Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Rusiya Prezidentinin köməkçisi İqor Levitin tərəfindən həyata keçirilib.
Poçt markasının üzərində Azərbaycan Respublikasının dövlət bayrağı fonunda Ümummilli Lider Heydər Əliyevin portreti təsvir edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.