https://sputnik.az/20230427/keskin-ucuzlasmadan-sonra-neft-nisbeten-bahalasib-454168019.html
Kəskin ucuzlaşmadan sonra neft nisbətən bahalaşıb
Kəskin ucuzlaşmadan sonra neft nisbətən bahalaşıb
Sputnik Azərbaycan
Dünən "Brent" markalı neftin qiyməti bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 78 ABŞ dollarına düşüb. 27.04.2023, Sputnik Azərbaycan
2023-04-27T11:10+0400
2023-04-27T11:10+0400
2023-04-27T11:10+0400
neft
neft-qaz
qiymət
azeri light markalı neft
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449135169_0:161:3071:1888_1920x0_80_0_0_678ba96287cd0a58ca64f2cc08a019f8.jpg
BAKI, 27 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri dünənki kəskin ucuzlaşmadan sonra nisbətən yüksəlib. "Brent" markalı neftin dəyəri 0,24% artaraq 1 barelə görə 77,91 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0,12% artaraq 74,39 dollara bərabər olub. Azərbaycan neftinin (“Azeri Light”) 1 barelə olan qiyməti isə 0,38 dollar və ya 0,45% azalaraq 84,02 dollar təşkil edib. Qeyd edək ki, dünən "Brent" markalı neftin qiyməti bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 78 ABŞ dollarına düşüb. Qlobal bazarlar bu həftə iqtisadi tənəzzül ehtimalını dəyərləndirir. İndekslərin azalması neftin qiymətinə də təsir edir. Neft qiymətləri son günlər iqtisadi tənəzzül riski ilə bağlı dəyər itirməkdədir. Çin və ABŞ təsiri Çində gözlənilən iqtisadi artım və neft ixrac edən ölkələrdə hasilatın azaldılması bu ay qiymətlərin artmasına səbəb olub. Ancaq Çində iqtisadi təşviqlərin sona çatacağı xəbəri neftə mənfi təsir edib, çünki dəstək azalarsa, artım da yavaşlayacaq. ABŞ-da neft ehtiyatlarının azalmasına baxmayaraq, FED-in faizləri artıracağı ehtimalı qiymətlərə aşağıyönlü təsir göstərir. Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb. 2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/1e/449135169_170:0:2901:2048_1920x0_80_0_0_b39c0b3bc98806bc3b5d7ff7193ef9a0.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
neft, qiymət, azeri light markalı neft
neft, qiymət, azeri light markalı neft
Kəskin ucuzlaşmadan sonra neft nisbətən bahalaşıb
Dünən "Brent" markalı neftin qiyməti bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 78 ABŞ dollarına düşüb.
BAKI, 27 aprel — Sputnik. Dünya bazarlarında neft qiymətləri dünənki kəskin ucuzlaşmadan sonra nisbətən yüksəlib. "Brent" markalı neftin dəyəri 0,24% artaraq 1 barelə görə 77,91 dollar təşkil edib. "WTI" markalı neftin 1 barelinin qiyməti 0,12% artaraq 74,39 dollara bərabər olub.
Azərbaycan neftinin (“Azeri Light”) 1 barelə olan qiyməti isə 0,38 dollar və ya 0,45% azalaraq 84,02 dollar təşkil edib.
Qeyd edək ki, dünən "Brent" markalı neftin qiyməti bu il martın 31-dən bəri ilk dəfə bir barel üçün 78 ABŞ dollarına düşüb. Qlobal bazarlar bu həftə iqtisadi tənəzzül ehtimalını dəyərləndirir. İndekslərin azalması neftin qiymətinə də təsir edir. Neft qiymətləri son günlər iqtisadi tənəzzül riski ilə bağlı dəyər itirməkdədir.
Çində gözlənilən iqtisadi artım və neft ixrac edən ölkələrdə hasilatın azaldılması bu ay qiymətlərin artmasına səbəb olub. Ancaq Çində iqtisadi təşviqlərin sona çatacağı xəbəri neftə mənfi təsir edib, çünki dəstək azalarsa, artım da yavaşlayacaq.
ABŞ-da neft ehtiyatlarının azalmasına baxmayaraq, FED-in faizləri artıracağı ehtimalı qiymətlərə aşağıyönlü təsir göstərir.
Xatırladaq ki, 2022-ci ildə "Azeri Light" markalı neftin bir barelinin orta satış qiyməti 103,58 ABŞ dolları təşkil edib. 2021-ci ilin göstəricisi ilə müqayisədə ötən il "Azeri Light" nefti 44,6% bahalaşıb.
2022-ci il ərzində "Azeri Light" markalı neftin ən yüksək qiyməti 8 mart tarixində bir barel üçün 135,99 ABŞ dolları, ən aşağı qiyməti isə 8 dekabr tarixində 78,07 ABŞ dolları olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.