https://sputnik.az/20230427/esir-herbcimizin-revandan-gonderdiyi-mektubda-neler-yazilib-454171429.html
Əsir hərbçimizin İrəvandan göndərdiyi məktubda nələr yazılıb?
Əsir hərbçimizin İrəvandan göndərdiyi məktubda nələr yazılıb?
Sputnik Azərbaycan
Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən ailəsinə təqdim olunub. 27.04.2023, Sputnik Azərbaycan
2023-04-27T11:57+0400
2023-04-27T11:57+0400
2023-04-27T12:04+0400
məktub
azərbaycan xəbərləri
əsir
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446039159_0:160:3072:1888_1920x0_80_0_0_f8e6b52807f6780b92038711fda53aeb.jpg
BAKI, 27 aprel — Sputnik. Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb. Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib. Onun sözlərinə görə, məktub Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən təqdim olunub. "Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə", - məktubda deyilir. Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib. "Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nın yaydığı məlumatda deyilir. Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/09/0e/446039159_171:0:2902:2048_1920x0_80_0_0_422632013809498e5c9eb8bcddfd3661.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktub, əsir, azərbaycan
Əsir hərbçimizin İrəvandan göndərdiyi məktubda nələr yazılıb?
11:57 27.04.2023 (Yenilənib: 12:04 27.04.2023) Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən ailəsinə təqdim olunub.
BAKI, 27 aprel — Sputnik. Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb. Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.
Onun sözlərinə görə, məktub Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən təqdim olunub.
"Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə", - məktubda deyilir.
Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.
"Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır", - BQXK-nın yaydığı məlumatda deyilir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.