Azərbaycan hərbçiləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Azərbaycan-Ermənistan sərhədində vəziyyət
Vətən müharibəsindən sonra üçtərəfli bəyanatın imzalanması rəğmən sərhəddə erməni təxribatları səngimək bilmir. Ermənistanla sərhəddə son hadisələr barədə Sputnik Azərbaycan-ın süjetində oxuyun.

Azərbaycan-Ermənistan sərhədində vəziyyət Moskvada müzakirə olunub

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidAzərbaycanın Laçın rayonunda Azərbaycan əsgəri, arxiv şəkli
Azərbaycanın Laçın rayonunda Azərbaycan əsgəri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 27.04.2023
Abunə olmaq
Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair razılaşmalarına əməl etməyin vacibliyini vurğulayıblar.
BAKI, 27 aprel - Sputnik. Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə Azərbaycan və Ermənistanın Moskvadakı səfirləri Polad BülbüloğluVaqarşak Arutyunyan cümə axşamı Qarabağda, o cümlədən "Laçın dəhlizi"ndə vəziyyətin inkişafını müzakirə ediblər. Bu barədə TASS Rusiya XİN-ə istinadən məlumat yayıb.
XİN-dən bildirilib ki, söhbət zamanı "Laçın dəhlizi" və ümumilikdə Qarabağ ətrafında vəziyyətin inkişafı müzakirə edilib.
O da bildirilir ki, görüş zamanı tərəflər “2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderlərinin Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasına dair” bütün razılaşmalarına əməl etməyin vacibliyini bir daha təsdiqləyiblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0