https://sputnik.az/20230427/a-bezi-mallarin-rusiya-erazisinden-tranzitine-qadaga-qoya-biler-454134633.html
Aİ bəzi malların Rusiya ərazisindən tranzitinə qadağa qoya bilər
Aİ bəzi malların Rusiya ərazisindən tranzitinə qadağa qoya bilər
Sputnik Azərbaycan
Söhbət çoxsaylı texnologiyalardan və digər mallardan, o cümlədən bir neçə nəqliyyat növündən gedir. 27.04.2023, Sputnik Azərbaycan
2023-04-27T08:47+0400
2023-04-27T08:47+0400
2023-04-27T08:47+0400
rusiya
dünya xəbərləri
macarıstan
xin
ai
ukrayna
tranzit
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426357329_0:321:3071:2048_1920x0_80_0_0_7c26378b97e28a28b47be6ac41fd1c1a.jpg
BAKI, 27 aprel — Sputnik. Avropa İttifaqı bəzi malların Rusiya ərazisindən tranzitinə qadağa qoya bilər. Bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verir. Məhdudiyyətin yeni sanksiyalar paketinin bir hissəsi kimi tətbiq edilməsi təklif edilir. "Tranzit qadağası çoxsaylı texnologiyalara və digər mallara, o cümlədən bir neçə növ nəqliyyat vasitələrinə şamil olunacaq. Yeni sanksiyaların "Rosatom" dövlət korporasiyasına təsir göstərməsi ehtimalı azdır, çünki Aİ-də bu məsələ ilə bağlı konsensus yoxdur", - deyə nəşr yazır. Macarıstanın xarici işlər naziri Peter Siyyartonun əvvəllər dediyi kimi, Budapeşt heç vaxt "Rosatom"a qarşı məhdudiyyətlərin tətbiqinə razı olmayacaq, çünki bu, ölkənin enerji təhlükəsizliyini təhdid edəcək. Onun sözlərinə görə, bu məhdudiyyətləri də nüvə enerjisindən istifadə edən Avropa ölkələri də dəstəkləmir. Qeyd edək ki, ötən ilin fevralından Aİ Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı on paket müxtəlif sanksiyalar tətbiq edib ki, bu da sonradan Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub. Prezident Vladimir Putin vurğulayıb ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/03/02/426357329_0:0:2731:2048_1920x0_80_0_0_cc31c98b7e23ccf87a9eac1a618677ca.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
rusiya, macarıstan, xin, ai, ukrayna, tranzit
rusiya, macarıstan, xin, ai, ukrayna, tranzit
Aİ bəzi malların Rusiya ərazisindən tranzitinə qadağa qoya bilər
Söhbət çoxsaylı texnologiyalardan və digər mallardan, o cümlədən bir neçə nəqliyyat növündən gedir.
BAKI, 27 aprel — Sputnik. Avropa İttifaqı bəzi malların Rusiya ərazisindən tranzitinə qadağa qoya bilər.
Bu barədə "Bloomberg" mənbələrə istinadən xəbər verir.
Məhdudiyyətin yeni sanksiyalar paketinin bir hissəsi kimi tətbiq edilməsi təklif edilir.
"Tranzit qadağası çoxsaylı texnologiyalara və digər mallara, o cümlədən bir neçə növ nəqliyyat vasitələrinə şamil olunacaq. Yeni sanksiyaların "Rosatom" dövlət korporasiyasına təsir göstərməsi ehtimalı azdır, çünki Aİ-də bu məsələ ilə bağlı konsensus yoxdur", - deyə nəşr yazır.
Macarıstanın xarici işlər naziri Peter Siyyartonun əvvəllər dediyi kimi, Budapeşt heç vaxt "Rosatom"a qarşı məhdudiyyətlərin tətbiqinə razı olmayacaq, çünki bu, ölkənin enerji təhlükəsizliyini təhdid edəcək. Onun sözlərinə görə, bu məhdudiyyətləri də nüvə enerjisindən istifadə edən Avropa ölkələri də dəstəkləmir.
Qeyd edək ki, ötən ilin fevralından Aİ Ukraynada keçirilən xüsusi əməliyyatla əlaqədar Rusiyaya qarşı on paket müxtəlif sanksiyalar tətbiq edib ki, bu da sonradan Avropa və ABŞ-da elektrik enerjisi, yanacaq və ərzaq qiymətlərinin artmasına səbəb olub.
Prezident Vladimir Putin vurğulayıb ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub.