https://sputnik.az/20230426/yuksek-gozlentiler-qerb-eks-hucumun-ugursuzluguna-hazirlasir-454118120.html
"Yüksək gözləntilər": Qərb əks-hücumun uğursuzluğuna hazırlaşır
"Yüksək gözləntilər": Qərb əks-hücumun uğursuzluğuna hazırlaşır
Sputnik Azərbaycan
ABŞ-ın özündə də gözləntinin uzandığını başa düşməyə başlayırlar və əgər hücum şişirdilmiş ümidləri doğrultmasa, o zaman müharibənin həm son ukraynalıya qədər... 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T08:05+0400
2023-04-26T08:05+0400
2023-04-26T08:05+0400
ukrayna
təhlil
nato
abş
abş prezidenti cozef bayden
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736733_0:160:3072:1888_1920x0_80_0_0_f5d471433c24d02840edc125c3dc1c76.jpg
David Narmaniya, RİA Novosti ABŞ-ın "Politico" nəşri Kiyev və Vaşinqtonun bir neçə aydan sonra nə ilə qarşılaşacağını açıqlayıb. Vaxt, əlbəttə ki, sual altındadır - hər şey ilk şayiələrin qışın əvvəlinə təsadüf etdiyi Ukraynanın hücumundan asılıdır və indi isə Ukrayna Silahlı Qüvvələrinin (USQ) yayı gözləyəcəyi barədə danışmağa başlayırlar. İndi isə şayiələrə Pentaqonun internetə sızan məlumatları da əlavə edilib - onlarda nə qədər həqiqətin və uydurmanın olduğunu heç ABŞ ordusunun özləri də yəqin ki, bilmirlər. Lakin mediadan olan həmyerlilər üçün bu problem deyil. Buna baxmayaraq, nəşrin təqdim etdiyi ssenari politoloqlar tərəfindən də təsdiqlənir. Məqalə müəlliflərinin gözlədikləri hücumdam sonra nəinki "1991-ci il sərhədlərini bərpa etmək" üçün məqsədlərinə nail ola bilməyəcək, həm də ötən ilin sentyabrını təkrarlaya bilməyəcək, Ukrayna və ən əsası ABŞ çətin seçim qarşısında qalacaq: bundan sonra nə etmək olar? Kiyev üçün, daha doğrusu, Zelenski və onun ətrafı üçün alternativlər azdır. Onların bir funksiyası var - ukraynalıların həyatını ABŞ hərbi-sənaye kompleksinin sınağında çox sürətlə yanan Amerika vergi ödəyicilərinin dollarlarına dəyişdirməkdir. Ağanın süfrəsindən bir şey də qulluqçuların payına düşür, lakin Vaşinqtonun özü də etiraf edir ki, söhbət bütün xərclərin yalnız beşdə birindən gedir. Ancaq Ağ Ev hegemon çörəyini boş yerə çeynəmir. Orada belə məqsədlər üçün uyğun fiqurlar tapmağı bacarırlar. Ona görə də vicdan əzabı çəkmədən onlarla ayrılırlar. Eyni "Politico" də Əfqanıstanı nümunə kimi göstərir. "ABŞ nümayəndələri Ukraynanı həddindən artıq ambisiyaların təhlükələri barədə xəbərdarlıq ediblər", - deyən məqalə müəllifləri amerikalıların gedişindən sonra ölkədən qaçmaq məcburiyyətində qalan Əşrəf Qanini misal gətirirlər. Eyni taleyin Zelenski üçün də hazırlandığına işarə edilməsi asan hesab edilir, lakin lazımsız təqdim edilir. Eyni zamanda, nəşr qeyd edir ki, Ukrayna hakimiyyəti öz məqsədlərini müəyyənləşdirə bilmir. Zelenskinin ofisinin rəhbərinin müavini bildirir ki, Ukrayna Silahlı Qüvvələri Krım sərhədlərinə çatmağı bacardığı zaman Kiyev danışıqlar masası arxasına oturmağa hazır olacaq. Ukrayna prezidentinin yarımadadakı daimi nümayəndəsi Tamila Taşeva isə diplomatik həll yolunun yalnız Rusiya qoşunları bölgədən çıxdıqda olacağını iddia edir. Lakin Putin hakimiyyətdə olduğu müddətdə Rusiya ilə danışıqların qeyri-mümkün olduğunu deyən Zelenskinin özünün fonunda, hətta 2014-cü ildən bəri Krımda olmayan "daimi nümayəndə" də daha inandırıcı görünür. Ukrayna, əlbəttə ki, bu qanlı ziyafətin əsas qonağı deyil. Ancaq Vaşinqtonla bərabər ziyafəti avroları ilə maliyyələşdirənlər də yorulmağa başlayırlar. Atlantikanın bu tərəfində çoxları USQ-nin uğursuzluğunu Kiyevi danışıqlar masasına oturtmaq üçün bəhanə kimi qəbul edəcəklər. ABŞ-ın özündə də gözləntinin uzandığını başa düşməyə başlayırlar və əgər hücum şişirdilmiş ümidləri doğrultmasa, o zaman müharibənin həm son ukraynalıya qədər tərəfdarları, həm də ilhaqsız sülh tərəfdarları Co Baydeni günahlandıracaqlar. Birincisi - Kiyevin bütün tələblərini təmin etmədiyinə görə, ikincisi - Ukrayna büdcə baxımından çox baha başa gəlir. Ümumiyyətlə, məqalənin özü oxucuları danışıqlara deyil, münaqişəni dondurmağa hazırlayır. Bəs belə bir ssenari Rusiya üçün sərfəlidirmi? Status-kvonu qoruyub saxlamaqla diplomatik həll imkanları tükənmiş görünür. Rusiya xarici işlər naziri dünən BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək xüsusi əməliyyatın başlanmasına hansı motivlərin səbəb olduğunu xatırladıb: NATO-nun təhdidinin aradan qaldırılması və Maydan çevrilişini qəbul etməyən insanların müdafiəsi. Lakin ötən doqquz il göstərib ki, bu məqsədlərə sülh yolu ilə nail olmaq cəhdləri uğurlu olmayıb. Minsk razılaşmalarının iki paketi, İstanbul razılaşmaları - bütün bunlardan Kiyev və onun sponsorları öz qüvvələrini gücləndirmək üçün fürsət kimi istifadə ediblər. Soyuq müharibə başa çatdıqdan sonra iştahını xeyli azaldan NATO hərbi-sənaye kompleksi indi yuxusundan oyanır. Əvvəlki gücünü artırmaq üçün bir neçə il gözləmək lazımdır. Vaşinqtonda əmindirlər ki, Ukrayna böhranının Qərbdə adlandırıldığı "Avropada böyük müharibə"si buna dəyər.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/11/450736733_171:0:2902:2048_1920x0_80_0_0_7666a9d466e2b2a4fd341448fe338e47.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ukrayna, nato, abş, abş prezidenti cozef bayden
ukrayna, nato, abş, abş prezidenti cozef bayden
"Yüksək gözləntilər": Qərb əks-hücumun uğursuzluğuna hazırlaşır
ABŞ-ın özündə də gözləntinin uzandığını başa düşməyə başlayırlar və əgər hücum şişirdilmiş ümidləri doğrultmasa, o zaman müharibənin həm son ukraynalıya qədər tərəfdarları, həm də ilhaqsız sülh tərəfdarları Co Baydeni günahlandıracaqlar.
David Narmaniya, RİA Novosti
ABŞ-ın "Politico" nəşri Kiyev və Vaşinqtonun bir neçə aydan sonra nə ilə qarşılaşacağını açıqlayıb. Vaxt, əlbəttə ki, sual altındadır - hər şey ilk şayiələrin qışın əvvəlinə təsadüf etdiyi Ukraynanın hücumundan asılıdır və indi isə Ukrayna Silahlı Qüvvələrinin (USQ) yayı gözləyəcəyi barədə danışmağa başlayırlar.
İndi isə şayiələrə Pentaqonun internetə sızan məlumatları da əlavə edilib - onlarda nə qədər həqiqətin və uydurmanın olduğunu heç ABŞ ordusunun özləri də yəqin ki, bilmirlər. Lakin mediadan olan həmyerlilər üçün bu problem deyil. Buna baxmayaraq, nəşrin təqdim etdiyi ssenari politoloqlar tərəfindən də təsdiqlənir.
Məqalə müəlliflərinin gözlədikləri hücumdam sonra nəinki "1991-ci il sərhədlərini bərpa etmək" üçün məqsədlərinə nail ola bilməyəcək, həm də ötən ilin sentyabrını təkrarlaya bilməyəcək, Ukrayna və ən əsası ABŞ çətin seçim qarşısında qalacaq: bundan sonra nə etmək olar?
Kiyev üçün, daha doğrusu, Zelenski və onun ətrafı üçün alternativlər azdır. Onların bir funksiyası var - ukraynalıların həyatını ABŞ hərbi-sənaye kompleksinin sınağında çox sürətlə yanan Amerika vergi ödəyicilərinin dollarlarına dəyişdirməkdir. Ağanın süfrəsindən bir şey də qulluqçuların payına düşür, lakin Vaşinqtonun özü də etiraf edir ki, söhbət bütün xərclərin yalnız beşdə birindən gedir.
Ancaq Ağ Ev hegemon çörəyini boş yerə çeynəmir. Orada belə məqsədlər üçün uyğun fiqurlar tapmağı bacarırlar. Ona görə də vicdan əzabı çəkmədən onlarla ayrılırlar. Eyni "Politico" də Əfqanıstanı nümunə kimi göstərir. "ABŞ nümayəndələri Ukraynanı həddindən artıq ambisiyaların təhlükələri barədə xəbərdarlıq ediblər", - deyən məqalə müəllifləri amerikalıların gedişindən sonra ölkədən qaçmaq məcburiyyətində qalan Əşrəf Qanini misal gətirirlər. Eyni taleyin Zelenski üçün də hazırlandığına işarə edilməsi asan hesab edilir, lakin lazımsız təqdim edilir.
Eyni zamanda, nəşr qeyd edir ki, Ukrayna hakimiyyəti öz məqsədlərini müəyyənləşdirə bilmir. Zelenskinin ofisinin rəhbərinin müavini bildirir ki, Ukrayna Silahlı Qüvvələri Krım sərhədlərinə çatmağı bacardığı zaman Kiyev danışıqlar masası arxasına oturmağa hazır olacaq. Ukrayna prezidentinin yarımadadakı daimi nümayəndəsi Tamila Taşeva isə diplomatik həll yolunun yalnız Rusiya qoşunları bölgədən çıxdıqda olacağını iddia edir. Lakin Putin hakimiyyətdə olduğu müddətdə Rusiya ilə danışıqların qeyri-mümkün olduğunu deyən Zelenskinin özünün fonunda, hətta 2014-cü ildən bəri Krımda olmayan "daimi nümayəndə" də daha inandırıcı görünür.
Ukrayna, əlbəttə ki, bu qanlı ziyafətin əsas qonağı deyil. Ancaq Vaşinqtonla bərabər ziyafəti avroları ilə maliyyələşdirənlər də yorulmağa başlayırlar. Atlantikanın bu tərəfində çoxları USQ-nin uğursuzluğunu Kiyevi danışıqlar masasına oturtmaq üçün bəhanə kimi qəbul edəcəklər.
ABŞ-ın özündə də gözləntinin uzandığını başa düşməyə başlayırlar və əgər hücum şişirdilmiş ümidləri doğrultmasa, o zaman müharibənin həm son ukraynalıya qədər tərəfdarları, həm də ilhaqsız sülh tərəfdarları Co Baydeni günahlandıracaqlar.
Birincisi - Kiyevin bütün tələblərini təmin etmədiyinə görə, ikincisi - Ukrayna büdcə baxımından çox baha başa gəlir.
Ümumiyyətlə, məqalənin özü oxucuları danışıqlara deyil, münaqişəni dondurmağa hazırlayır. Bəs belə bir ssenari Rusiya üçün sərfəlidirmi? Status-kvonu qoruyub saxlamaqla diplomatik həll imkanları tükənmiş görünür. Rusiya xarici işlər naziri dünən BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərək xüsusi əməliyyatın başlanmasına hansı motivlərin səbəb olduğunu xatırladıb: NATO-nun təhdidinin aradan qaldırılması və Maydan çevrilişini qəbul etməyən insanların müdafiəsi.
Lakin ötən doqquz il göstərib ki, bu məqsədlərə sülh yolu ilə nail olmaq cəhdləri uğurlu olmayıb. Minsk razılaşmalarının iki paketi, İstanbul razılaşmaları - bütün bunlardan Kiyev və onun sponsorları öz qüvvələrini gücləndirmək üçün fürsət kimi istifadə ediblər.
Soyuq müharibə başa çatdıqdan sonra iştahını xeyli azaldan NATO hərbi-sənaye kompleksi indi yuxusundan oyanır. Əvvəlki gücünü artırmaq üçün bir neçə il gözləmək lazımdır. Vaşinqtonda əmindirlər ki, Ukrayna böhranının Qərbdə adlandırıldığı "Avropada böyük müharibə"si buna dəyər.