https://sputnik.az/20230426/ukrayna-taxilinin-tedaruku-avropali-fermerleri-qezeblendirib-454137736.html
Ukrayna taxılının tədarükü avropalı fermerləri qəzəbləndirib
Ukrayna taxılının tədarükü avropalı fermerləri qəzəbləndirib
Sputnik Azərbaycan
Avropa İttifaqı qəzəbli Şərqi Avropa fermerlərini sakitləşdirməyə tələsir. Bu narazılıq Aİ-nin Ukrayna ilə bağlı həmrəyliyini pozmaqla təhdid edir. 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T17:13+0400
2023-04-26T17:13+0400
2023-04-26T17:14+0400
taxıl
dünya xəbərləri
ukrayna
avropalılar
fermer
ixrac
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345023_0:0:3641:2048_1920x0_80_0_0_905e29b4dadb356aacb447ec94d09a89.jpg
BAKI, 26 aprel — Sputnik. Ukrayna taxılının Polşa, Macarıstan, Slovakiya və Bolqarıstana axını yerli fermerlərin mənfi reaksiyasına səbəb olub. Bu fikri "Foreign Policy" nəşrinin köşə yazarı Kristina Lyu yazıb. "Polşa, Macarıstan, Slovakiya və Bolqarıstanın Ukrayna taxılının idxalına qadağa qoymasından sonra Avropa İttifaqı qəzəbli Şərqi Avropa fermerlərini sakitləşdirməyə tələsir. Bu narazılıq Aİ-nin Ukrayna ilə bağlı həmrəyliyini pozmaqla təhdid edir" – deyə o bildirib. Məqalədə qeyd olunur ki, ucuz Ukrayna taxılı bazarlara çıxıb və yerli fermerlər arasında iğtişaşlara səbəb olub. Bundan əvvəl Polşa hakimiyyəti Polşa məhsullarını ucuzlaşdırmamaq üçün iyunun 30-dək Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının idxalına rəsmən qadağa qoyub. Bir neçə gün əvvəl isə polşalı fermerlər 50 traktorla Ukraynadan ərzaq idxalına qarşı etiraz aksiyasına çıxıblar. Polşanın "Fakt" nəşri onu da yazıb ki, Polşada kəndlilər anbarlarında qalan yüzlərlə ton taxılı sata bilməyiblər. Səbəb yerli bazarı doldurmrş olan "çirklənmiş" texniki Ukrayna kənd təsərrüfatı məhsulları olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/07/19/444345023_422:0:3153:2048_1920x0_80_0_0_22ceaf984847f5a414ed4fe2871a4c3a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
taxıl, ukrayna, avropalılar, fermer, ixrac
taxıl, ukrayna, avropalılar, fermer, ixrac
Ukrayna taxılının tədarükü avropalı fermerləri qəzəbləndirib
17:13 26.04.2023 (Yenilənib: 17:14 26.04.2023) Avropa İttifaqı qəzəbli Şərqi Avropa fermerlərini sakitləşdirməyə tələsir. Bu narazılıq Aİ-nin Ukrayna ilə bağlı həmrəyliyini pozmaqla təhdid edir.
BAKI, 26 aprel — Sputnik. Ukrayna taxılının Polşa, Macarıstan, Slovakiya və Bolqarıstana axını yerli fermerlərin mənfi reaksiyasına səbəb olub.
Bu fikri "Foreign Policy" nəşrinin köşə yazarı Kristina Lyu yazıb.
"Polşa, Macarıstan, Slovakiya və Bolqarıstanın Ukrayna taxılının idxalına qadağa qoymasından sonra Avropa İttifaqı qəzəbli Şərqi Avropa fermerlərini sakitləşdirməyə tələsir. Bu narazılıq Aİ-nin Ukrayna ilə bağlı həmrəyliyini pozmaqla təhdid edir" – deyə o bildirib.
Məqalədə qeyd olunur ki, ucuz Ukrayna taxılı bazarlara çıxıb və yerli fermerlər arasında iğtişaşlara səbəb olub.
Bundan əvvəl Polşa hakimiyyəti Polşa məhsullarını ucuzlaşdırmamaq üçün iyunun 30-dək Ukrayna ərazisindən kənd təsərrüfatı məhsullarının idxalına rəsmən qadağa qoyub. Bir neçə gün əvvəl isə polşalı fermerlər 50 traktorla Ukraynadan ərzaq idxalına qarşı etiraz aksiyasına çıxıblar.
Polşanın "Fakt" nəşri onu da yazıb ki, Polşada kəndlilər anbarlarında qalan yüzlərlə ton taxılı sata bilməyiblər. Səbəb yerli bazarı doldurmrş olan "çirklənmiş" texniki Ukrayna kənd təsərrüfatı məhsulları olub.