https://sputnik.az/20230426/stinq-yerli-hebsxananin-mehbuslari-ucun-ifa-etmekden-otru-neapola-gelib-454159103.html
Stinq yerli həbsxananın məhbusları üçün ifa etməkdən ötrü Neapola gəlib
Stinq yerli həbsxananın məhbusları üçün ifa etməkdən ötrü Neapola gəlib
Sputnik Azərbaycan
Gözlənildiyi kimi, məhbuslar müğənniyə hədiyyə olaraq köhnə qayıqdan hazırlanmış gitara bağışlayacaqlar. 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T20:41+0400
2023-04-26T20:41+0400
2023-04-26T20:41+0400
mədəniyyət
stinq
neapol
ifa
https://cdnn1.img.sputnik.az/img/41381/50/413815011_0:0:2347:1321_1920x0_80_0_0_dd99c4370bac55723c0d7eeae7ef0d0a.jpg
BAKI, 26 aprel — Sputnik. Britaniyalı müğənni Stinq İtaliyanın Neapol şəhərinə gəlib. Burada o, yerli həbsxananın məhbusları üçün ifa edəcək və ona unikal gitara hədiyyə ediləcək. Bu barədə "La Repubblica" qəzetinin yazıb. İfaçı bir gün nahar zamanı ona "Müqəddəs Yanvar" sosial fondunun işindən danışan keşiş don Antonio Loffredoya verdiyi sözə əməl edib. Belə ki, məhbuslara kömək edən keşiş, onlara təhsil almaq və sənətkarlıqla məşğul olmaq imkanı yaradır. Onların layihələrindən biri də çoxsaylı miqrantların İtaliyaya gəldiyi taxta qayıqlardan skripkaların istehsalıdır. Secondilyano həbsxana məhbuslarının işlədiyi laboratoriya haqqında ona bəhs edilənlərə cavab olaraq Stinq gəlib bu alətlərdən birini çalmağa söz verdi. Dünyanın ən məşhur musiqiçilərindən birinin çıxışının təfərrüatları gizli saxlanılır. Gözlənildiyi kimi, müğənni məhbuslardan hədiyyə olaraq köhnə qayıqdan hazırlanmış gitara alacaq. Həbsxanada o, 1987-ci ildə Nikaraquada kontras tərəfindən öldürülmüş amerikalı inşaat mühəndisinə həsr olunan "Fragile" hitinin yenilənmiş versiyasını ifa edəcək. Qeyd edək ki, musiqi karyerasına "The Police"nin tərkibində başlamış Stinq, 1984-cü ildən solo ifa edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41381/50/413815011_0:0:2169:1627_1920x0_80_0_0_1d9eefde9ad4f5e5f95a7ec789279346.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
stinq, neapol, ifa
Stinq yerli həbsxananın məhbusları üçün ifa etməkdən ötrü Neapola gəlib
Gözlənildiyi kimi, məhbuslar müğənniyə hədiyyə olaraq köhnə qayıqdan hazırlanmış gitara bağışlayacaqlar.
BAKI, 26 aprel — Sputnik. Britaniyalı müğənni Stinq İtaliyanın Neapol şəhərinə gəlib. Burada o, yerli həbsxananın məhbusları üçün ifa edəcək və ona unikal gitara hədiyyə ediləcək.
Bu barədə "La Repubblica" qəzetinin yazıb.
İfaçı bir gün nahar zamanı ona "Müqəddəs Yanvar" sosial fondunun işindən danışan keşiş don Antonio Loffredoya verdiyi sözə əməl edib. Belə ki, məhbuslara kömək edən keşiş, onlara təhsil almaq və sənətkarlıqla məşğul olmaq imkanı yaradır. Onların layihələrindən biri də çoxsaylı miqrantların İtaliyaya gəldiyi taxta qayıqlardan skripkaların istehsalıdır. Secondilyano həbsxana məhbuslarının işlədiyi laboratoriya haqqında ona bəhs edilənlərə cavab olaraq Stinq gəlib bu alətlərdən birini çalmağa söz verdi.
Dünyanın ən məşhur musiqiçilərindən birinin çıxışının təfərrüatları gizli saxlanılır. Gözlənildiyi kimi, müğənni məhbuslardan hədiyyə olaraq köhnə qayıqdan hazırlanmış gitara alacaq. Həbsxanada o, 1987-ci ildə Nikaraquada kontras tərəfindən öldürülmüş amerikalı inşaat mühəndisinə həsr olunan "Fragile" hitinin yenilənmiş versiyasını ifa edəcək.
Qeyd edək ki, musiqi karyerasına "The Police"nin tərkibində başlamış Stinq, 1984-cü ildən solo ifa edir.