https://sputnik.az/20230426/set-ucun-asean-ile-emekdasligi-guclendirmek-vacibdir---bas-katib-454135247.html
ŞƏT üçün ASEAN ilə əməkdaşlığı gücləndirmək vacibdir - Baş katib
ŞƏT üçün ASEAN ilə əməkdaşlığı gücləndirmək vacibdir - Baş katib
Sputnik Azərbaycan
Baş katibin sözlərinə görə, ŞƏT Asiya məkanında vəziyyətə getdikcə daha çox təsir edən hazırkı geosiyasi turbulentliyə cavab vermək kontekstində iki təşkilat... 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T16:34+0400
2023-04-26T16:34+0400
2023-04-26T16:57+0400
şət
dünya xəbərləri
şanxay əməkdaşlıq təşkilatı
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135078_0:0:2970:1671_1920x0_80_0_0_7c053f6253063d51815480e15e1407bd.jpg
BAKI, 26 aprel — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) hazırkı geosiyasi turbulentliyə cavab vermək kontekstində ASEAN ilə əməkdaşlığın dərinləşdirilməsini vacib hesab edir. Bunu təşkilatın baş katibi Çjan Min RİA Novosti-yə bildirib. Çjan Min qeyd edib ki, ŞƏT və ASEAN-ın geosiyasi baxışları bir çox ümumi cəhətlərə malikdir. "İki təşkilatın gündəliyi də böyük ölçüdə üst-üstə düşür. Bu baxımdan, Assosiasiyanın ŞƏT-in rəsmi əlaqələr qurduğu ilk çoxtərəfli regional strukturlardan biri olması heç də təsadüfi deyil. ŞƏT və ASEAN katiblikləri arasında Anlaşma Memorandumu artıq 2005-ci ildə, ŞƏT Katibliyinin açılmasından bir il sonra imzalanıb", - deyə o bildirib. Baş katibin sözlərinə görə, ŞƏT Asiya məkanında vəziyyətə getdikcə daha çox təsir edən hazırkı geosiyasi turbulentliyə cavab vermək kontekstində iki təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsini vacib hesab edir. "ASEAN iqtisadi əməkdaşlığın təşviqində, Asiya-Sakit Okean regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsində sistem formalaşdıran rol oynayır. Bu sahələr əməkdaşlıq üçün prioritet sahələrdir və geniş perspektivlərə malikdir", - Çjan Min bildirib. Onun fikrincə, iki qurum arasında ticarət, investisiya, nəqliyyat, ərzaq təhlükəsizliyi, sənaye, yüksək texnologiyalar, kiçik və orta sahibkarlıq, həmçinin terrorizm, ekstremizm və separatizmlə mübarizə sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var. "Təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin qarşısının alınması və s. sahələrdə qarşılıqlı fəaliyyət potensialı mövcuddur", - Baş katib qeyd edib. ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır. ŞƏT-in Səmərqənddə keçirilən sammitində Misir və Qətərə dialoq üzrə tərəfdaş statusunun verilməsinə dair memorandumlar imzalanıb. Bəhreyn, Maldiv adaları, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Myanma da dialoq üzrə tərəfdaş statusu alacaq. ŞƏT-in qərargahı Daşkənddə yerləşir. ASEAN-a Kamboca, Tayland, Malayziya, İndoneziya, Vyetnam, Filippin, Bruney, Sinqapur, Laos və Myanma daxildir. 2022-ci ilin noyabrında Pnom Penhdə keçirilən ASEAN Liderlik Sammitində Kamboca təşkilatın keçid dövrü sədrliyini İndoneziyaya təhvil verib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/04/1a/454135078_239:0:2970:2048_1920x0_80_0_0_9d8da3a48ac6aad5a43aabcfb5beb628.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
şət, şanxay əməkdaşlıq təşkilatı
şət, şanxay əməkdaşlıq təşkilatı
ŞƏT üçün ASEAN ilə əməkdaşlığı gücləndirmək vacibdir - Baş katib
16:34 26.04.2023 (Yenilənib: 16:57 26.04.2023) Baş katibin sözlərinə görə, ŞƏT Asiya məkanında vəziyyətə getdikcə daha çox təsir edən hazırkı geosiyasi turbulentliyə cavab vermək kontekstində iki təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsini vacib hesab edir.
BAKI, 26 aprel — Sputnik. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) hazırkı geosiyasi turbulentliyə cavab vermək kontekstində ASEAN ilə əməkdaşlığın dərinləşdirilməsini vacib hesab edir. Bunu təşkilatın baş katibi Çjan Min RİA Novosti-yə bildirib.
Çjan Min qeyd edib ki, ŞƏT və ASEAN-ın geosiyasi baxışları bir çox ümumi cəhətlərə malikdir.
"İki təşkilatın gündəliyi də böyük ölçüdə üst-üstə düşür. Bu baxımdan, Assosiasiyanın ŞƏT-in rəsmi əlaqələr qurduğu ilk çoxtərəfli regional strukturlardan biri olması heç də təsadüfi deyil. ŞƏT və ASEAN katiblikləri arasında Anlaşma Memorandumu artıq 2005-ci ildə, ŞƏT Katibliyinin açılmasından bir il sonra imzalanıb", - deyə o bildirib.
Baş katibin sözlərinə görə, ŞƏT Asiya məkanında vəziyyətə getdikcə daha çox təsir edən hazırkı geosiyasi turbulentliyə cavab vermək kontekstində iki təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsini vacib hesab edir.
"ASEAN iqtisadi əməkdaşlığın təşviqində, Asiya-Sakit Okean regionunda təhlükəsizlik və sabitliyin təmin edilməsində sistem formalaşdıran rol oynayır. Bu sahələr əməkdaşlıq üçün prioritet sahələrdir və geniş perspektivlərə malikdir", - Çjan Min bildirib.
Onun fikrincə, iki qurum arasında ticarət, investisiya, nəqliyyat, ərzaq təhlükəsizliyi, sənaye, yüksək texnologiyalar, kiçik və orta sahibkarlıq, həmçinin terrorizm, ekstremizm və separatizmlə mübarizə sahələrində əməkdaşlığın inkişafı üçün böyük perspektivlər var.
"Təbii və texnogen xarakterli fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyinin qarşısının alınması və s. sahələrdə qarşılıqlı fəaliyyət potensialı mövcuddur", - Baş katib qeyd edib.
ŞƏT 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdır. Buraya Hindistan, Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Tacikistan, Pakistan və Özbəkistan daxildir. Müşahidəçi ölkələr - Əfqanıstan, Belarus, İran və Monqolustan, tərəfdaş ölkələr - Azərbaycan, Ermənistan, Kamboca, Nepal, Türkiyə və Şri-Lankadır. ŞƏT-in Səmərqənddə keçirilən sammitində Misir və Qətərə dialoq üzrə tərəfdaş statusunun verilməsinə dair memorandumlar imzalanıb. Bəhreyn, Maldiv adaları, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Myanma da dialoq üzrə tərəfdaş statusu alacaq. ŞƏT-in qərargahı Daşkənddə yerləşir.
ASEAN-a Kamboca, Tayland, Malayziya, İndoneziya, Vyetnam, Filippin, Bruney, Sinqapur, Laos və Myanma daxildir. 2022-ci ilin noyabrında Pnom Penhdə keçirilən ASEAN Liderlik Sammitində Kamboca təşkilatın keçid dövrü sədrliyini İndoneziyaya təhvil verib.