https://sputnik.az/20230426/qida-blokunda-noqsanlara-yol-veren-mekteb-direktorlarina-tohmet-verilib-454154687.html
Qida blokunda nöqsanlara yol verən məktəb direktorlarına töhmət verilib
Qida blokunda nöqsanlara yol verən məktəb direktorlarına töhmət verilib
Sputnik Azərbaycan
"Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət... 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T19:11+0400
2023-04-26T19:11+0400
2023-04-26T19:47+0400
məktəb
cəmiyyət
cəza
qida
elm və təhsil nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42245/17/422451781_0:206:2908:1842_1920x0_80_0_0_acaefe1b1de3d2ae438a2116ff575d4a.jpg
BAKI, 26 aprel — Sputnik. Qida blokunda nöqsanlara yol verən 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirildiyi və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görüldüyü barədə ictimaiyyətə daha əvvəl məlumat verilib. "Qeyd olunan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib", - deyə məlumatda qeyd edilib. Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, son zamanlarda ümumtəhsil müəssisələrində qidalanma ilə bağlı baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aidiyyəti var. Son baş verən hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır. Nazirin sözlərinə görə, qida məsələsi məktəblərdə iki yolla tənzimlənir: "Bunlardan biri bufetlərdir. Bu, özəl sektorların birgə fəaliyyəti əsasında qurulur. Onlar da aidiyyəti dövlət qurumlarının nəzarəti altında olur. Müəyyən edilmiş siyahıya uyğun müvafiq qidaların məktəbdə satışını təmin edirlər. İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik. Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir. Bu il bir dəfə zəhərlənmə halı baş verdi və həmin məsələ araşdırılır. Müvafiq qaydada tədbirlər görülür".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42245/17/422451781_90:0:2819:2047_1920x0_80_0_0_abc7f35b953c23d318edc5e32ed9c88e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, cəza, qida, elm və təhsil nazirliyi
məktəb, cəza, qida, elm və təhsil nazirliyi
Qida blokunda nöqsanlara yol verən məktəb direktorlarına töhmət verilib
19:11 26.04.2023 (Yenilənib: 19:47 26.04.2023) "Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib" - deyə məlumatda qeyd edilib.
BAKI, 26 aprel — Sputnik. Qida blokunda nöqsanlara yol verən 6 məktəb direktoruna töhmət verilib, 168-nə xəbərdarlıq edilib.
Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, 2022-2023-cü illər ərzində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən qida məhsullarının minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinin, o cümlədən qidalanmanın təşkili səviyyəsinin yoxlanılması məqsədilə qida bloku ilə təmin olunmuş 174 ümumi təhsil müəssisəsində yoxlama həyata keçirildiyi və nöqsanlara yol verən şəxslər barədə qanunamüvafiq tədbirlər görüldüyü barədə ictimaiyyətə daha əvvəl məlumat verilib.
"Qeyd olunan məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyi tərəfindən müvafiq araşdırma aparılıb, nöqsanlara yol verən 6 ümumi təhsil müəssisəsinin rəhbərinə Əmək Məcəlləsinə əsasən töhmət verilib, 168 ümumi təhsil müəssisəsinin rəhbərinə isə xəbərdarlıq edilib", - deyə məlumatda qeyd edilib.
Qeyd edək ki, elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib ki, son zamanlarda ümumtəhsil müəssisələrində qidalanma ilə bağlı baş verən xoşagəlməz halların Elm və Təhsil Nazirliyinə müəyyən qədər aidiyyəti var. Son baş verən hadisələrin biri qida zəhərlənməsi, digəri isə toksikoloji haldır.
Nazirin sözlərinə görə, qida məsələsi məktəblərdə iki yolla tənzimlənir: "Bunlardan biri bufetlərdir. Bu, özəl sektorların birgə fəaliyyəti əsasında qurulur. Onlar da aidiyyəti dövlət qurumlarının nəzarəti altında olur. Müəyyən edilmiş siyahıya uyğun müvafiq qidaların məktəbdə satışını təmin edirlər. İkinci model isə daha çox internat tipli məktəblərdədir. Burada uşaqlara gündə 4 dəfə verilən qidalar pulsuzdur. Biz əsasən uşaqlara verilən qidaların keyfiyyətli olmasına nəzarət edirik. Sanitar, gigiyenik qaydalara nəzarət müvafiq quruma aiddir. Bu il bir dəfə zəhərlənmə halı baş verdi və həmin məsələ araşdırılır. Müvafiq qaydada tədbirlər görülür".