Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qərb, hansı səbəbdən sevilmədiyini təxmin etməyə başlayıb

© AFP 2024 / EMMANUEL DUNANDAİ-nin ofisləri, arxiv şəkli
Aİ-nin ofisləri, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
Qərb adlanan aysberq, bütün bəşəriyyətdən qoparaq, getdikcə Böyük Heçliyə doğru üzür.
XHƏ-nin ara nəticələrindən biri Vaşinqtonun qlobal gücünü açıq şəkildə itirməsi oldu. Bəli, Birləşmiş Ştatlar Qərb müttəfiqlərini silkələməyi və onları hərəkətə gətirməyi bacardı - doğrudur, Ukraynaya qırsaqqız kimi yapışmamaq barədə hələ də rezonans doğuracaq sonsuz çəkişmələr, mübahisələr və parçalanmalar bahasına.
Bununla belə, Vaşinqton onlarla başqa, qeyri-Qərb ölkəsini özündən uzaqlaşdırdı. Onlar Amerikanın təsir orbitindən çıxdılar, keçmiş hegemonu tamamilə görməzdən gələrək bütün istiqamətlərdə sürətləndilər. Hegemon ətrafa baxdı və tək-tənha qaldığını gördü.
İqtisadi əlaqələrə görə Birləşmiş Ştatlarla sıx bağlı görünən Çin dövlət katibi Blinkeni cəhənnəmə göndərir. Onilliklər boyu Vaşinqtonun rəğbətini qazanan Hindistan onun Ukrayna ilə birləşmək çağırışlarına məhəl qoymur. Amerikalıların öz evlərindəki kimi qaçdıqları Afrika Rusiya ilə iqtisadi və hərbi əməkdaşlığı inkişaf etdirir.
Amerikalıların yarım əsrdir əlaqələr qurduğu Səudiyyə Ərəbistanı neft hasilatını azaltmaqdan imtina edir və neft ixracını de-dollarizasiya etməyə başlayır. Hətta amerikalıların özlərinə protektor kimi baxmağa öyrəşdikləri Latın Amerikası ölkələri də Ağ Evə qarşıdurmaların qızışdırılmasının yolverilməzliyi barədə mühazirə oxuyur, Çin və Rusiya ilə dost olmağa doğru ABŞ-dan uzaqlaşırlar.
Türkiyə də birdən-birə öz maraqlarını tapdı. Nigeriya da. İndoneziya və Braziliya da. Və onların heç biri Vaşinqtonu Ukrayna və Rusiyanı məhv etmək həvəsində dəstəkləmirlər. Vəziyyət həqiqətən misilsizdir. Bütün gözəlliyi ilə çoxqütblü dünya.
ABŞ hələ də çox zəngin ölkədir. Dünyada birinci olan ordusu isə heç yerə yox olmayıb – etiraf edək.
Aviadaşıyıcılar da, cənab Blinken də homoseksual hüquqları ilə yerindədir. Ancaq qəfildən hər şey işləməyi dayandırdı. Amerikanın “əz və hökm sür” siyasəti niyə iflasa uğradı?
Bir tərəfdən dünya dövlətlərinin rəhbərləri Rusiya-Ukrayna hərbi əməliyyatları teatrına baxdılar və orada ilk növbədə Vaşinqton tərəfindən Rusiyaya ört-basdır edilməyən hücumunu gördülər. Və “Əgər növbəti hədəf mən olsam necə olar?” – deyə hər biri düşündü.
Digər tərəfdən, Moskvanın Qərbin hərbi resurslarını uğurla üyütməsi ümidvericidir. Rusiya həm hərbi, həm də iqtisadi təzyiqlərə gümrahlıqla müqavimət göstərir və öz xəttində qalmaqda davam edir. “Demək ki, bu, mümkündür?” – deyə bütün dünya dövlətlərinin rəhbərləri fikrə getdilər. Deməli, ABŞ görünməyə çalışdığı qədər heç də hər şeyə qadir deyil? Və onun bütün təhdidləri, bəlkə də, sırf cəfəngiyyatdır? Və, bununla da itaətsizlik bayramı başladı.
Bir ildən az müddətdə amerikalılar nə qədər heç də parlaq olmayan təcrid vəziyyətində olduqlarını anlamağa başladılar. "Qərblə dünyanın qalan hissəsi arasında uçurum müharibəni (Ukraynada) fərqli başa düşməkdən daha dərindir. Bunun səbəbi Qərbin qloballaşmanın liderliyindəki Soyuq Müharibənin bitməsindən bəri yığılıb qalan səhvlərinə görə ciddi narazılıqlardır (daha doğrusu, qəzəbdir)”, – deyə Britaniyanın keçmiş xarici işlər naziri Devid Milliband “Foreign Affairs” jurnalındakı məqaləsində öz kədərini ifadə edib.
Sadə dillə ifadə etsək, ABŞ və onların bir neçə vassalı son otuz il ərzində Qlobal Cənubu talan ediblər. Onların son illərdə başlatdıqları dünya iqtisadi yenidənqurması bu quldurluğun yeni mərhələsi demək idi. Təbii ki, dünya ölkələri üsyan etdilər.
Cənab Milliband etiraf edir ki, bu qlobal üsyan Amerikanın “qaydalara əsaslanan nizamını” məhv etmək təhlükəsi yaradır, xüsusən də “dünya əhalisinin üçdə ikisindən çoxu Rusiyanı dəstəkləyən və ya ona qarşı neytral olan ölkələrdə yaşayır”.
Bütün bunlarla nə etmək lazımdır? Amerikanın hegemonluğunu necə saxlamaq olar? Milliband ABŞ-a məsləhət görür - bu, əslində, onun məqaləsinin əsas hədəfidir - Qlobal Cənub ölkələrinə daha çox pul tökmək və BMT-də islahatlar aparmaq (bu, Rusiyanın təsirini azaltmaqda ötrü Britaniyanın Təhlükəsizlik Şurasını yenidən formatlaşdırmaq üçün sevimli yanaşmasıdır).
Bununla belə, bütün xeyriyyəçilik yolda oğurlanmasa belə, ABŞ-ın inkişaf etməkdə olan ölkələrə qayğı göstərmək üçün kifayət qədər pulu yoxdur. Əvəzində inhisarçı mövqelərindən əl çəkə bilərdilər, amma bu, artıq müqəddəsdir. Mübarizə olmadan heç kim ondan əl çəkməz. Deməli, “iqtisadi həmrəylik” haqqında bütün söhbətlər sözün əsl mənasında yoxsulların xeyrinədir.
Üstəlik, Qlobal Cənubun "qəzəbi və incikliyi" yalnız qismən iqtisadi xarakter daşıyır. Axı, anqlo-saksonlar başqa ölkələri soymaqla kifayətlənməyib, həm də insanların işğalına və öldürülməsinə laqeyd yanaşırlar. Onlar həm də dözülməz ikiüzlülüklə qarət etdiklərinə düzgün davranmağı, nə deməyi, necə düşünməyi öyrədirlər.
İnkişaf etməkdə olan ölkələr bu gün iri addımlarla inkişaf edirlər. Onların öz orta təbəqəsi, öz savadlı təbəqəsi və ağıllı, məlumatlı gəncləri var. Adi bir britaniyalı və ya amerikalıdan heç bir fərqi olmayan bu adamlar hər şeydən əvvəl Qərb lovğalığından iyrənirlər. Bu, taleyin hakimlərinin insanın şəxsi həyatına, inancına, mədəniyyətinə müdaxilə etdikləri kobudluqdur. Bu, özlüyündə iyrəncdir və burada pozğunluqların təbliğatı başlayanda hamı ayağa qalxıb gedir: “Teatr bağlanır, hamımızın ürəyi bulanır”.
Lakin Millibanda bunu izah etmək mümkün deyil. Çətin ki, britaniyalı eks-nazir onun kənardan necə göründüyünü başa düşsün. İntihara meylli Anglo-Sakson gündəminə qoşulmayan bütün ölkələr, onun fikrincə, “fence-sitters”dir. Sözün əsl mənasında “hasarın üstündə oturanlardır”. Məcazi mənada - "iki stulda oturanlar".
Və bu təhqiramiz üslubda “Foreign Affairs”də, bütün, belə demək mümkünsə, müzakirə gedir. Milliband iki kresloda əyləşənləri danlayır, onun rəqibi, braziliyalı politoloq Matias Spektor onları müdafiə edir: guya ki, onların günahı yoxdur, sadəcə olaraq supergüclərin döyüşündə sağ qalmağa çalışırlar.
Ancaq bağışlayın, bunların hamısı - milyardlarla insan, qədim ölkələr - bunlar nəinki ABŞ-ın, hətta İngiltərənin belə mövcud olmadığı zamanlarda yarananlardır. Orada, yəqin ki, Qərbin təvazökarlıqla dinləməli olduğu qərarları özləri qəbul edə bilərlər.
Amma yox, Qərb liderləri tərəfindən yalnız təhqirlər eşidilir. Bu yaxşı əlaqələndirilmiş xorun sədaları altında Qərb adlanan aysberq, bütün bəşəriyyətdən qoparaq, getdikcə Böyük Heçliyə doğru üzür.
Xəbər lenti
0