SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Putin və Paşinyan arasında telefon danışığı olub

© Sputnik / POOL / Mediabanka keçidVladimir Putin və Nikol Paşinyan
Vladimir Putin və Nikol Paşinyan - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
Telefon danışığında Laçın dəhlizi və Azərbaycanın Qarabağ bölgəsindəki humanitar vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
BAKI, 26 aprel — Sputnik. Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığında Laçın dəhlizi və Azərbaycanın Qarabağ bölgəsindəki humanitar vəziyyətlə bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Xəbər lenti
0