https://sputnik.az/20230426/naxcivana-yanacaq-dasiyan-neqliyyat-vasitelerinden-ranin-aldigi-yol-vergisi-azaldilib-454133612.html
Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İranın aldığı yol vergisi azaldılıb
Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İranın aldığı yol vergisi azaldılıb
Sputnik Azərbaycan
Artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər. 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T11:38+0400
2023-04-26T11:38+0400
2023-04-26T11:41+0400
naxçıvan
cəmiyyət
yanacaq
nəqliyyat vasitələri
https://cdnn1.img.sputnik.az/img/41535/16/415351645_0:7:1200:682_1920x0_80_0_0_d1cd0c6a324a6a05fef043e6ded73ceb.jpg
BAKI, 26 aprel — Sputnik. Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin təhlükəli yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləği 320 ABŞ dolları, digər xərclər isə 25 ABŞ dolları azaldılıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər. Həmçinin ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan deyil, 41 tondan sonra hesablanması təsdiqlənib. Yüksüz maşınlar üçün rüsumun məbləği isə 105 ABŞ dollarından 85 ABŞ dollarına endirilib. Razılaşdırılmış azadolmalar 2023-cü ilin aprel ayından etibarən tətbiq edilir. Qeyd edək ki, tətbiq edilən azadolmalar nəticəsində bu istiqamətdə beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların xərcləri təxminən 3 dəfəyə qədər azalır. Bu da daşıyıcıların maliyyə vəziyyətinin yaxşılaşmasına və avtomobil nəqliyyatı parkının sürətli yenilənməsinə ciddi töhfə verəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41535/16/415351645_156:0:1073:688_1920x0_80_0_0_0d701c96e34a87b93e01bdef3d2b6f9a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
naxçıvan, yanacaq, nəqliyyat vasitələri
naxçıvan, yanacaq, nəqliyyat vasitələri
Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İranın aldığı yol vergisi azaldılıb
11:38 26.04.2023 (Yenilənib: 11:41 26.04.2023) Artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər.
BAKI, 26 aprel — Sputnik. Naxçıvana yanacaq daşıyan nəqliyyat vasitələrindən İran tərəfinin təhlükəli yüklərin daşınmasına görə aldığı yol vergisinin məbləği 320 ABŞ dolları, digər xərclər isə 25 ABŞ dolları azaldılıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, artıq Azərbaycan daşıyıcıları İrana və İrandan təhlükəli yüklərin daşınmasını həyata keçirərkən 520 ABŞ dolları deyil, 175 ABŞ dolları ödəyirlər.
Həmçinin ağır çəkili avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə verginin məbləğinin 38 tondan deyil, 41 tondan sonra hesablanması təsdiqlənib. Yüksüz maşınlar üçün rüsumun məbləği isə 105 ABŞ dollarından 85 ABŞ dollarına endirilib.
Razılaşdırılmış azadolmalar 2023-cü ilin aprel ayından etibarən tətbiq edilir.
Qeyd edək ki, tətbiq edilən azadolmalar nəticəsində bu istiqamətdə beynəlxalq avtomobil daşımalarını həyata keçirən milli daşıyıcıların xərcləri təxminən 3 dəfəyə qədər azalır. Bu da daşıyıcıların maliyyə vəziyyətinin yaxşılaşmasına və avtomobil nəqliyyatı parkının sürətli yenilənməsinə ciddi töhfə verəcək.