https://sputnik.az/20230426/merkezi-bank-ehaliye-xeberdarliq-edib-454157617.html
Mərkəzi Bank əhaliyə xəbərdarlıq edib
Mərkəzi Bank əhaliyə xəbərdarlıq edib
Sputnik Azərbaycan
Mərkəzi Bankdan bildiriblər ki, "milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması" adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və... 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T19:48+0400
2023-04-26T19:48+0400
2023-04-26T19:48+0400
iqtisadiyyat
mərkəzi bank
əhali
xəbərdarlıq
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_0:286:3011:1980_1920x0_80_0_0_70fa857dee77906e4ba82e202252cd45.jpg
BAKI, 26 aprel — Sputnik. Son zamanlar müxtəlif sosial şəbəkələrdə Mərkəzi Bankın adından istifadə edərək dələduzluq məqsədilə yaradılmış və yüksək gəlirliyi vəd edən xüsusi investisiya portallarının mövcudluğu ilə bağlı paylaşımlar yer almaqdadır. Mərkəzi Bankdan bildiriblər ki, "milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması" adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır. Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi, xüsusilə də maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/06/08/427157828_164:0:2895:2048_1920x0_80_0_0_59c26546f7c11b2d7ea6073d6ee28b51.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
mərkəzi bank, əhali, xəbərdarlıq
mərkəzi bank, əhali, xəbərdarlıq
Mərkəzi Bank əhaliyə xəbərdarlıq edib
Mərkəzi Bankdan bildiriblər ki, "milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması" adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir.
BAKI, 26 aprel — Sputnik. Son zamanlar müxtəlif sosial şəbəkələrdə Mərkəzi Bankın adından istifadə edərək dələduzluq məqsədilə yaradılmış və yüksək gəlirliyi vəd edən xüsusi investisiya portallarının mövcudluğu ilə bağlı paylaşımlar yer almaqdadır.
Mərkəzi Bankdan bildiriblər ki, "milli resurslarla ticarət edərək yüksək gəlirlərin əldə olunması" adı altında edilən bu paylaşımlar həqiqəti əks etdirmir və başlıca məqsədi dələduzlar tərəfindən vətəndaşların maliyyə vəsaitlərinin mənimsənilməsidir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı ictimaiyyəti sosial şəbəkələrdə əsası olmayan məlumatlara inanmamağa, həmçinin bu kimi hallara qarşı ehtiyatlı və ayıq-sayıq olmağa çağırır.
Mərkəzi Bank tərəfindən ölkənin maliyyə sistemində sabitliyin təmin edilməsi, xüsusilə də maliyyə xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsi və onların pozulması hallarının qarşısının alınması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsi daim diqqət mərkəzində saxlanılır.