Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Gəncədə xəstəxanada yanğın zamanı 1 nəfər ölüb

© Sputnik / Irade JELILFHN əməkdaşları
FHN əməkdaşları - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
Yenilənir
FHN rəsmisi qeyd edib ki, hadisə yerinə 5 ədəd yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət cəlb edilib.
BAKI, 26 aprel — Sputnik. Bu gün Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinə 09:52 radələrində Abbas Səhhət adına xəstəxanada yanğın baş verməsi barədə məlumat daxil olub.
APA xəbər verir ki, bunu FHN-nin Gəncə şəhər Dövlət Yanğın Mühafizə İdarəsinin rəis müavini, daxili xidmət polkovnik Fuad Hüseynov deyib. O bildirib ki, dərhal hadisə yerinə yanğınsöndürən avtomobillər və şəxsi heyət cəlb olunub: “Hadisə yerinə yanğınsöndürən avtomobillər 09:58-də çatıb. Hadisə yerində çatanda məlum olub ki, xəstəxananın zirzəmisində yerləşən 3 ədəd elektrik şitində yanğın olub və tüstülənmə baş verib. Tüstülənmə xəstəxananın 5 mərtəbəsinə də yayılıb. Dərhal yanğın tərəfimizdən söndürülüb və xəstələr təxliyə olunub. 58 nəfər xəstə və 90 nəfər xəstəxananın işçisi təxliyə edilib. Hadisə nəticəsində 1 nəfər xəstə vəfat edib. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.
FHN rəsmisi qeyd edib ki, hadisə yerinə 5 ədəd yanğınsöndürən avtomobil, 50 nəfər şəxsi heyət cəlb edilib. Bundan əlavə, regional idarənin xüsusi riskli xilasediciləri əraziyə cəlb olunub.
***
Gəncədə xəstəxanada baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənərək ölüb.
APA-nın xəbərinə görə, ölən şəxsin reanimasiyada müalicə alan xəstə olduğu bildirilir.
***
Gəncə şəhərində Abbas Səhhət adına 1 saylı Xəstəxanada baş verən yanğın söndürülüb.
"Report"un məlumatına görə, reanimasiya şöbəsində qısaqapanma nəticəsində tüstülənmə qeydə alınıb.
Bu zaman həm xəstəxana işçiləri, həm də pasiyentlər arasında tüstüdən zəhərlənənlər olub.
Tibb müəssisəsinin işçiləri və xəstələr təxliyə olunub.
***
Gəncədə yanğın hadisəsi baş verib.
Hadisə Abbas Səhhət adına şəhər xəstəxanasında baş verib. Xəstəxanada anidən yanğın başlayıb.
Hadisə yerinə FHN əməkdaşları cəlb olunub. Xəstəxanada olan xəstələr təxliyə olunur.
Xəbər lenti
0