https://sputnik.az/20230426/fransa-xn-bascisinin-seferi-gozlentiler-454161030.html
Fransa XİN başçısının Qafqaza səfəri: Gözləntilər
Fransa XİN başçısının Qafqaza səfəri: Gözləntilər
Sputnik Azərbaycan
Politoloq Elşən Manafov bildirib ki, Azərbaycanın Laçında sərhəd buraxılış məntəqəsini qurmasına Fransa hakimiyyətinin münasibəti ölkəmizin suveren hüquqları... 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T21:46+0400
2023-04-26T21:46+0400
2023-04-26T21:47+0400
fransa xin
təhlil
səfər
bakı
https://cdnn1.img.sputnik.az/img/41761/12/417611290_0:162:3067:1887_1920x0_80_0_0_6d96b5a079911f20302bcd27aed1cf8a.jpg
BAKI, 26 aprel — Sputnik. Aprelin 26-da Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycan və Ermənistana səfəri başlayır. Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Qeyd edək ki, aprelin 23-ündə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub. Bundan sonra Fransa Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması ilə bağlı açıqlaması isə Azərbaycan tərəfindən sərt qarşılanıb. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur. Sputnik Azərbaycan hazırkı şəraitdə Fransa XİN rəhbərinin səfəri ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib. Fransa hakimiyyəti ABŞ siyasətinin yedəyində gedir Politoloq Elşən Manafov bildirib ki, bu səfər ictimaiyyətin və hakimiyyətin diqqət mərkəzindədir: "Xüsusən də Azərbaycanın Laçında sərhəd buraxılış məntəqəsini qurmasına Fransa hakimiyyətinin münasibəti ölkəmizin suveren hüquqları baxımından anlaşılmazdır. Maraqlıdır ki, Makron başda olmaqla ABŞ siyasətinin yedəyində gedən indiki Fransa iqtidarı Ukraynada Rusiyaya qarşı cəbhə açıb orada əməlli-başlı vuruşur, ancaq Azərbaycan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah-sursatın daşınmasının qarşısını almaq məqsədilə Laçında özünün sərhəd buraxılış məntəqəsini quranda Fransa bəyan edirik ki, bu, razılaşmalara ziddir". Bu həmin Fransadır! "Bu həmin Fransadır ki, ABŞ ilə birgə rəsmi Moskvanı Paris və Vaşinqtonla razılaşdırmadan bölgəyə qüvvələrini yerləşdirməkdə ittiham edir. Bu həmin Fransadır ki, Azərbaycanı Moskva razılaşmasını pozmaqda ittiham edir. Biz Fransa Senatının Azərbaycan dövlətinə birmənalı olmayan münasibətini də müşahidə etmişik. Fransa Senatının sərgilədiyi mövqe də bizim üçün anlaşılmazdır", - deyə politoloq qeyd edib. Fransa XİN rəhbərinin qayğıları Politoloq Elşən Manafov hesab edir ki, Fransa XİN rəhbəri Azərbaycan-Fransa münasibətlərində ikitərəfli maraq doğuran məsələlərdə problemlərin aradan qaldırılmasının qayğısına qalmalıdır: "Fransa tərəfi unutmamalıdır ki, onun Azərbaycanda minlərlə şirkəti fəaliyyət göstərir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində Qərb transmilli koorporasiyalarını təmsil edənlərdən biri də TOTAL şirkətidir. Bu şirkət Fransanın əsas vergi ödəyicilərindən biridir. Əgər Azərbaycan və Ermənistanın hansının özünə daha böyük mənfəət verdiyini nəzərə alsa, bunun Fransa dövlətçiliyinin özü üçün daha çox faydası olacaq". Əsas güzəştə getməli tərəf Fransadır Politoloq təəssüflə qeyd edib ki, Fransa dövləti münaqişənin mövcud olduğu bütün bu dövrlər ərzində erməni diasporunun təsiri altında olub: "Fransa hakimiyyətini təsiri altına almış erməni diasporu həm Senatın, həm Fransa iqtidarının Azərbaycan əleyhinə siyasətinin formalaşdırılmasına nail olmağa çalışır. Əksər hallarda bu, işə yarayıb və Fransa tərəfindən ölkəmizə qarşı ermənipərəst mövqe sərgilənib. Bu kontekstdə güman edirəm ki, səfər zamanı əsas diqqət iki ölkə arasında gərginlik yaradan amillərin azaldılmasına yönəldilməlidir. Təbii ki, bu məsələ ətrafında danışıqlar zamanı əsas güzəştə getməli tərəf Fransa olmalıdır. Çünki Azərbaycan Fransa ilə münasibətlərində beynəlxalq hüququn prinsiplərini əsas götürüb".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41761/12/417611290_167:0:2898:2048_1920x0_80_0_0_d7986522485ee74706eee87c6107c2d3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fransa xin, səfər, bakı
Fransa XİN başçısının Qafqaza səfəri: Gözləntilər
21:46 26.04.2023 (Yenilənib: 21:47 26.04.2023) Politoloq Elşən Manafov bildirib ki, Azərbaycanın Laçında sərhəd buraxılış məntəqəsini qurmasına Fransa hakimiyyətinin münasibəti ölkəmizin suveren hüquqları baxımından anlaşılmazdır.
BAKI, 26 aprel — Sputnik. Aprelin 26-da Fransanın xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycan və Ermənistana səfəri başlayır.
Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq.
Qeyd edək ki, aprelin 23-ündə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
Bundan sonra Fransa Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Lejandr Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması ilə bağlı açıqlaması isə Azərbaycan tərəfindən sərt qarşılanıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə bildirib ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur.
Sputnik Azərbaycan hazırkı şəraitdə Fransa XİN rəhbərinin səfəri ilə bağlı politoloq Elşən Manafovun fikirlərini öyrənib.
Fransa hakimiyyəti ABŞ siyasətinin yedəyində gedir
Politoloq Elşən Manafov bildirib ki, bu səfər ictimaiyyətin və hakimiyyətin diqqət mərkəzindədir: "Xüsusən də Azərbaycanın Laçında sərhəd buraxılış məntəqəsini qurmasına Fransa hakimiyyətinin münasibəti ölkəmizin suveren hüquqları baxımından anlaşılmazdır. Maraqlıdır ki, Makron başda olmaqla ABŞ siyasətinin yedəyində gedən indiki Fransa iqtidarı Ukraynada Rusiyaya qarşı cəbhə açıb orada əməlli-başlı vuruşur, ancaq Azərbaycan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə silah-sursatın daşınmasının qarşısını almaq məqsədilə Laçında özünün sərhəd buraxılış məntəqəsini quranda Fransa bəyan edirik ki, bu, razılaşmalara ziddir".
"Bu həmin Fransadır ki, ABŞ ilə birgə rəsmi Moskvanı Paris və Vaşinqtonla razılaşdırmadan bölgəyə qüvvələrini yerləşdirməkdə ittiham edir. Bu həmin Fransadır ki, Azərbaycanı Moskva razılaşmasını pozmaqda ittiham edir. Biz Fransa Senatının Azərbaycan dövlətinə birmənalı olmayan münasibətini də müşahidə etmişik. Fransa Senatının sərgilədiyi mövqe də bizim üçün anlaşılmazdır", - deyə politoloq qeyd edib.
Fransa XİN rəhbərinin qayğıları
Politoloq Elşən Manafov hesab edir ki, Fransa XİN rəhbəri Azərbaycan-Fransa münasibətlərində ikitərəfli maraq doğuran məsələlərdə problemlərin aradan qaldırılmasının qayğısına qalmalıdır:
"Fransa tərəfi unutmamalıdır ki, onun Azərbaycanda minlərlə şirkəti fəaliyyət göstərir. Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətində Qərb transmilli koorporasiyalarını təmsil edənlərdən biri də TOTAL şirkətidir. Bu şirkət Fransanın əsas vergi ödəyicilərindən biridir. Əgər Azərbaycan və Ermənistanın hansının özünə daha böyük mənfəət verdiyini nəzərə alsa, bunun Fransa dövlətçiliyinin özü üçün daha çox faydası olacaq".
Əsas güzəştə getməli tərəf Fransadır
Politoloq təəssüflə qeyd edib ki, Fransa dövləti münaqişənin mövcud olduğu bütün bu dövrlər ərzində erməni diasporunun təsiri altında olub:
"Fransa hakimiyyətini təsiri altına almış erməni diasporu həm Senatın, həm Fransa iqtidarının Azərbaycan əleyhinə siyasətinin formalaşdırılmasına nail olmağa çalışır. Əksər hallarda bu, işə yarayıb və Fransa tərəfindən ölkəmizə qarşı ermənipərəst mövqe sərgilənib. Bu kontekstdə güman edirəm ki, səfər zamanı əsas diqqət iki ölkə arasında gərginlik yaradan amillərin azaldılmasına yönəldilməlidir. Təbii ki, bu məsələ ətrafında danışıqlar zamanı əsas güzəştə getməli tərəf Fransa olmalıdır. Çünki Azərbaycan Fransa ilə münasibətlərində beynəlxalq hüququn prinsiplərini əsas götürüb".