DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Xarici İşlər Nazirliyi Britaniya hakimiyyətinə xəbərdarlıq edib

© AP Photo / Andy WongÇin XİN-nin binası
Çin XİN-nin binası - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
Mao Nin xatırladıb ki, Çin-Britaniya bəyannaməsinə görə, Londonun Honq-Konq üzərində heç bir hüququ yoxdur.
BAKI, 26 aprel — Sputnik. Çin Xarici İşlər Nazirliyi Britaniya hakimiyyətinə Honq-Konq üzərində heç bir hüquqlarının olmadığını, Sincan və Tayvan məsələlərinin Çinin daxili işi olduğunu xatırladıb.
Daha əvvəl "Financial Times" qəzeti xarici işlər nazirinə istinad edərək yazıb ki, Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli Çinə soyuq müharibə elan etməyin səhv olacağına inanır. Qeyd edilib ki, Kleverli heç bir mühüm qlobal problemin Çinsiz həll edilə bilməyəcəyini düşünür. Bununla belə, qəzet yazır ki, nazir Tayvan da daxil olmaqla, Böyük Britaniyanın Çinlə ziddiyyətdə qaldığı sahələrə, Honq-Konqdakı vətəndaş hüquqlarına və uyğur məsələsinə də toxunacaq.
"İndiki dünyada dərin inteqrasiya və bir çox çağırışlar bir-birinə qarışıb, ölkələr buna əməkdaşlıqla cavab verməlidir. Blok siyasəti və soyuq müharibə zehniyyəti tarixə ziddir və heç kimin, o cümlədən Böyük Britaniyanın maraqlarına cavab vermir", - Mao Nin bildirib.
"Çin Böyük Britaniya ilə münasibətləri həmişə bərabərlik və qarşılıqlı hörmət ruhunda inkişaf etdirib, lakin Böyük Britaniya köhnədən yapışaraq, köhnə yazıdan köhnə sətirləri oxuyur, nəticədə tərəqqidən uzaqlaşır", - XİN-dən bildirilib
Mao Nin xatırladıb ki, Çin-Britaniya bəyannaməsinə görə, Londonun Honq-Konq üzərində heç bir hüququ yoxdur. Həmçinin, Britaniya Sintsziyanın inkişafı ilə bağlı faktlara göz yumur, yalnız yalanlara inanır.
"Əgər Böyük Britaniya Tayvan boğazında sülh və sabitliyi qorumaq istəyirsə, o zaman vahid Çin prinsipinə ciddi əməl etməli və separatçı hərəkətlərə qətiyyətlə qarşı çıxmalıdır", - Mao Nin bildirib.
Diplomat həmçinin qeyd edib ki, Tayvan, Honq-Konq və Sincan məsələləri Çinin daxili siyasətidir və kənardan heç kim müdaxilə etməməlidir.
Xəbər lenti
0