SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Biz bunu sülh prosesinin əsas sütunlarından hesab edirik" - İbrahim Kalın

© AFP 2024 / YASIN AKGULПресс-секретарь президента Турции Ибрагим Калын, фото из архива
Пресс-секретарь президента Турции Ибрагим Калын, фото из архива - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
Türkiyə prezidentinin sözçüsü bildirib ki, Xankəndi və onun ətrafında yaşayan ermənilərlə bağlı Azərbaycanın verdiyi bir çox təminatlar da ciddi qarşılanmalıdır
BAKI, 26 aprel — Sputnik. "Əgər diaspora həqiqətən Ermənistanda yaşayan erməniləri düşünürsə, bu prosesə daha konstruktiv töhfə verməlidir".
Bu barədə Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
O qeyd edib ki, Xankəndi və onun ətrafında yaşayan ermənilərlə bağlı Azərbaycanın verdiyi bir çox təminatlar da ciddi qarşılanmalıdır: "Onların həyat və əmlakları ilə bağlı Azərbaycan bir təhlükəsizlik modeli təklif edib ki, biz bunu sülh prosesinin əsas sütunlarından hesab edirik".
Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsinin (NBM) quraşdırılmasına da münasibət bildirib.
O deyib ki, "Qarabağ Azərbaycandır! Azərbaycanın ərazi bütövlüyündən söhbət gedir və burada fərqli mənalar əlavə etmək prosesə töhfə verməyəcək. Azərbaycanla Ermənistan arasında imzalanacaq sülh sazişi iqtisadi cəhətdən daha çox Ermənistanın xeyrinə olacaq və onun Türkiyə ilə münasibətlərinə təsir edəcək".
O, həmçinin Ankaranın iki ölkə arasında davam edən sülh prosesini dəstəklədiyini də qeyd edib.
Xəbər lenti
0