https://sputnik.az/20230426/bakida-bu-binalarin-sokuntusune-baslanildi-resmi-454111898.html
Bakıda bu binaların söküntüsünə başlanıldı! Rəsmi
Bakıda bu binaların söküntüsünə başlanıldı! Rəsmi
Sputnik Azərbaycan
BŞİH-dən Yasamal rayonunda da "Xruşovka" layihəli binaların da sökülməsinə başlanıldığı bildirildi. 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T09:30+0400
2023-04-26T09:30+0400
2023-04-26T09:30+0400
bina
cəmiyyət
qurban yetirmişli
zəlzələ
https://cdnn1.img.sputnik.az/img/41094/88/410948834_0:0:2001:1125_1920x0_80_0_0_f94005afc9db36d7b8df700bf658143f.jpg
BAKI, 26 aprel - Sputnik. "Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeniləri tikiləcək". Bu sözləri ötən həftə mətbuata açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib. Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib: "Artıq onların sökülməsi üçün zaman yetişib. Bundan başqa, məndə qədimi binalarda isə bərkitmə və möhkəmləndirmə işləri aparılacağı barədə məlumatlar var". Bəs görəsən köhnə binaların sökülməsinə nə vaxtdan başlanılacaq? Bu sualla öncə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etdik. BŞİH-dən Sputnik Azərbaycan-a bildirdilər ki, paytaxtda köhnə binaların sökülməsinə artıq başlanılıb:" Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən qəzalı bina sökülüb. Hazırda Fətəli Xan Xoyski küçəsində keçmiş "Şin" zavodunun balansında olan iki yataqxananın da köçürülməsi üçün işlərə başlanılıb. Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 16 mənzilli binada yaşayanlar da köçürülüb. Hazırda bina sökülür". Bundan əlavə BŞİH-dən Yasamal rayonunda da "Xruşovka" layihəli binaların da sökülməsinə başlanıldığı bildirildi. "Yasamalda iki "Xruşovka"sökülür. Orada 120-dən çox ailə kirayəyə köçürülüb. Bu işlər mərhələli şəkildə davam etdirilir". Meriyadan o da bildirildi ki, qəzalı binalar sökülərkən sakinlər tikinti şirkətləri ilə razılaşmır. Bu isə söküntü işlərinin ləngiməsinə səbəb olur. BŞİH-dən bildirildi ki, hazırda Bakıda 1000-dən çox qəzalı bina var. Amma onların hamısını birdən-birə sökmək mümkün deyil. Ona görə də ilkin mərhələdə kəskin qəzalı binalar söküləcək. Daha sonra az qəzalı binaların söküntüsünə başlanılacaq. İstismar müddəti başa çatmış binaların zəlzələyə davamlığına gəlincə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün istifadə müddəti bitmiş binalar zəlzələyə dözümsüz deyil. "2000-ci ildə baş verən zəlzələdə sovet dövründə inşa olunmuş köhnə binalar zərər görmədi. Deməli köhnə binalar arasında da istismar müddəti başa çatsa da, keyfiyyətli tikildiyi üçün hələ yaşamağa yararlı olanları var. Amma elə binalar var ki, onlar bir neçə yerdən aralanıb, yaşayışa təhlükəlidir. Zəlzələ baş verərsə ən böyük təlafat bu binalarda qeydə alınacaq. Ona görə də ilk növbədə belə binalar sökülməlidir". Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də Bakıda bütün köhnə binaların sökülməsini mümkünsüz sayır. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, bu qədər sakin üçün paytaxtda birdən-birə kirayə mənzil tapmaq da çətindir:" Binanı sökməzdən öncə sakinlər kirayə mənzillərə köçürülməlidir. Bakıda isə kirayə verilən mənzillərin sayı o qədər çox deyil. Ona görə də əvvəl kəskin qəzalı binalarda yaşayanları köçürüb həmin binaların söküntüsünə başlanəlmalıdır. Daha sonra istismar müddəti bitmiş, amma yaşayışa yararlı binaları sökmək olar". Ekspert bu gün söküntü aparılan binaların inşasını ləngidən amillərin də olduğunu bildirib. Qeyd edib ki, əksər halda bina qəzalı vəziyyətdə olsa da, sakinlər fantastik kompensasiya tələb edirlər. Bu isə tikinti şirkətlərini işini yarımçıq saxlamağa vadar edir. "Belə hallarda söküntünü aparan şirkət sakini məhkəməyə verir, beləcə söküntü müddəti uzanır. Bu da tikinti şirkətinin xərclərini artırır. Çünki, sökülən binada yaşayanların aylıq kirayə haqqını həmin şirkət ödəyir".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41094/88/410948834_145:0:1852:1280_1920x0_80_0_0_f3929f2946b4c1419f531baece9366f4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Zülfiyyə Quluyeva
https://cdnn1.img.sputnik.az/img/07e5/06/11/427241450_0:0:1365:1365_100x100_80_0_0_9f3554f64d41e724ab187e800ebaee8a.jpg
bina, qurban yetirmişli, zəlzələ
bina, qurban yetirmişli, zəlzələ
Bakıda bu binaların söküntüsünə başlanıldı! Rəsmi
BŞİH-dən Yasamal rayonunda da "Xruşovka" layihəli binaların da sökülməsinə başlanıldığı bildirildi.
BAKI, 26 aprel - Sputnik. "Bakıda bütün köhnə binalar söküləcək və hər birinin yerində yeniləri tikiləcək".
Bu sözləri ötən həftə mətbuata açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, həmin binalar tikilən zaman hər birinə dayanaqlılıq üçün 30-40 il zəmanət verilib:
"Artıq onların sökülməsi üçün zaman yetişib. Bundan başqa, məndə qədimi binalarda isə bərkitmə və möhkəmləndirmə işləri aparılacağı barədə məlumatlar var".
Bəs görəsən köhnə binaların sökülməsinə nə vaxtdan başlanılacaq? Bu sualla öncə Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət etdik. BŞİH-dən Sputnik Azərbaycan-a bildirdilər ki, paytaxtda köhnə binaların sökülməsinə artıq başlanılıb:" Nərimanov rayonu, Mayakovski küçəsi 15 ünvanında yerləşən qəzalı bina sökülüb. Hazırda Fətəli Xan Xoyski küçəsində keçmiş "Şin" zavodunun balansında olan iki yataqxananın da köçürülməsi üçün işlərə başlanılıb. Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 16 mənzilli binada yaşayanlar da köçürülüb. Hazırda bina sökülür".
Bundan əlavə BŞİH-dən Yasamal rayonunda da "Xruşovka" layihəli binaların da sökülməsinə başlanıldığı bildirildi.
"Yasamalda iki "Xruşovka"sökülür. Orada 120-dən çox ailə kirayəyə köçürülüb. Bu işlər mərhələli şəkildə davam etdirilir".
Meriyadan o da bildirildi ki, qəzalı binalar sökülərkən sakinlər tikinti şirkətləri ilə razılaşmır. Bu isə söküntü işlərinin ləngiməsinə səbəb olur. BŞİH-dən bildirildi ki, hazırda Bakıda 1000-dən çox qəzalı bina var. Amma onların hamısını birdən-birə sökmək mümkün deyil. Ona görə də ilkin mərhələdə kəskin qəzalı binalar söküləcək. Daha sonra az qəzalı binaların söküntüsünə başlanılacaq. İstismar müddəti başa çatmış binaların zəlzələyə davamlığına gəlincə, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün istifadə müddəti bitmiş binalar zəlzələyə dözümsüz deyil.
"2000-ci ildə baş verən zəlzələdə sovet dövründə inşa olunmuş köhnə binalar zərər görmədi. Deməli köhnə binalar arasında da istismar müddəti başa çatsa da, keyfiyyətli tikildiyi üçün hələ yaşamağa yararlı olanları var. Amma elə binalar var ki, onlar bir neçə yerdən aralanıb, yaşayışa təhlükəlidir. Zəlzələ baş verərsə ən böyük təlafat bu binalarda qeydə alınacaq. Ona görə də ilk növbədə belə binalar sökülməlidir".
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də Bakıda bütün köhnə binaların sökülməsini mümkünsüz sayır. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirdi ki, bu qədər sakin üçün paytaxtda birdən-birə kirayə mənzil tapmaq da çətindir:" Binanı sökməzdən öncə sakinlər kirayə mənzillərə köçürülməlidir. Bakıda isə kirayə verilən mənzillərin sayı o qədər çox deyil. Ona görə də əvvəl kəskin qəzalı binalarda yaşayanları köçürüb həmin binaların söküntüsünə başlanəlmalıdır. Daha sonra istismar müddəti bitmiş, amma yaşayışa yararlı binaları sökmək olar".
Ekspert bu gün söküntü aparılan binaların inşasını ləngidən amillərin də olduğunu bildirib. Qeyd edib ki, əksər halda bina qəzalı vəziyyətdə olsa da, sakinlər fantastik kompensasiya tələb edirlər. Bu isə tikinti şirkətlərini işini yarımçıq saxlamağa vadar edir.
"Belə hallarda söküntünü aparan şirkət sakini məhkəməyə verir, beləcə söküntü müddəti uzanır. Bu da tikinti şirkətinin xərclərini artırır. Çünki, sökülən binada yaşayanların aylıq kirayə haqqını həmin şirkət ödəyir".