https://sputnik.az/20230426/azerbaycan-xn-kanada-xn-rehberinin-beyanatina-cavab-verdi-454144818.html
Azərbaycan XİN Kanada XİN rəhbərinin bəyanatına cavab verdi
Azərbaycan XİN Kanada XİN rəhbərinin bəyanatına cavab verdi
Sputnik Azərbaycan
Laçın yolunun bağlı olması ilə bağlı Kanada tərəfinin iddiasının heç bir əsası yoxdur. Sərhəd-nəzarət buraxılış məntəqəsi yola sərhəddən giriş-çıxış rejimini... 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T16:55+0400
2023-04-26T16:55+0400
2023-04-26T16:56+0400
xin
azərbaycan xəbərləri
azərbaycan xin
kanada
cavab
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637820_0:0:2001:1125_1920x0_80_0_0_7b2e74ee40f9ab6831c570a6df4575be.jpg
BAKI, 26 aprel — Sputnik. Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Kanada xarici işlər naziri Melani Jolinin 25 aprel tarixli bəyanatı ciddi anlaşılmazlıq yaradır. XİN-dən verilən xəbərə görə, Kanada tərəfinə məlum olmalıdır ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin legitim hüququdur və bütün beynəlxalq qaydalar çərçivəsindədir. Bu məntəqənin təsis edilməsi Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş milli təhlükəsizlik qərarıdır. Bu xüsusda, qeyd edilən məntəqənin təsis edilməsinin sülh prosesinə və bölgədə sabitliyə təsir etdiyi barədə fikirlər yanlışdır. Əksinə, bu addımın atılması sözügedən qeyri-qanuni fəaliyyətlərin effektiv qarşısının alınmasına xidmət edəcək. Bununla yanaşı, Laçın yolunun bağlı olması ilə bağlı Kanada tərəfinin iddiasının heç bir əsası yoxdur. Sərhəd-nəzarət buraxılış məntəqəsi yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək. Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik. Qeyd edilənlərlə yanaşı, Kanada xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsinə yanlışlıqla "Dağlıq Qarabağ" kimi istinad etməsi qəbuledilməzdir. Bir daha açıqlamalarda bu kimi məqamlara Kanada tərəfindən diqqət yetirilməsini zəruri hesab edirik.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42063/78/420637820_79:0:1852:1330_1920x0_80_0_0_fcb6738fa92e0c36ba36ac104b271d44.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xin, azərbaycan xin, kanada, cavab
xin, azərbaycan xin, kanada, cavab
Azərbaycan XİN Kanada XİN rəhbərinin bəyanatına cavab verdi
16:55 26.04.2023 (Yenilənib: 16:56 26.04.2023) Laçın yolunun bağlı olması ilə bağlı Kanada tərəfinin iddiasının heç bir əsası yoxdur. Sərhəd-nəzarət buraxılış məntəqəsi yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək.
BAKI, 26 aprel — Sputnik. Azərbaycan tərəfinin Laçın-Xankəndi yolunun başlanğıcında Azərbaycan-Ermənistan sərhədində nəzarət-buraxılış məntəqəsi təsis etməsi ilə əlaqədar Kanada xarici işlər naziri Melani Jolinin 25 aprel tarixli bəyanatı ciddi anlaşılmazlıq yaradır.
XİN-dən verilən xəbərə görə, Kanada tərəfinə məlum olmalıdır ki, Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin legitim hüququdur və bütün beynəlxalq qaydalar çərçivəsindədir. Bu məntəqənin təsis edilməsi Ermənistan tərəfinin Üçtərəfli bəyanatın müddəalarına zidd olaraq Azərbaycana qarşı hərbi təxribatları dayandırmaması, yoldan qeyri-qanuni fəaliyyətlər, silah-sursat və minaların daşınması üçün istifadə edildiyi, hərbçilərinin rotasiyasının həyata keçirməsi vəziyyətində qəbul edilmiş milli təhlükəsizlik qərarıdır. Bu xüsusda, qeyd edilən məntəqənin təsis edilməsinin sülh prosesinə və bölgədə sabitliyə təsir etdiyi barədə fikirlər yanlışdır. Əksinə, bu addımın atılması sözügedən qeyri-qanuni fəaliyyətlərin effektiv qarşısının alınmasına xidmət edəcək.
Bununla yanaşı, Laçın yolunun bağlı olması ilə bağlı Kanada tərəfinin iddiasının heç bir əsası yoxdur. Sərhəd-nəzarət buraxılış məntəqəsi yola sərhəddən giriş-çıxış rejimini tənzimləyəcək.
Üçtərəfli bəyanat üzrə öhdəliklərə uyğun olaraq, Laçın yolundan vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə Azərbaycan Respublikası tərəfindən təhlükəsizlik zəmanəti olan bu əlavə tədbir çərçivəsində Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin bu məntəqədən hər iki istiqamətdə Ermənistana və Azərbaycana şəffaf və nizamlanan keçidi üçün müvafiq şəraitin mövcud olduğunu bir daha bəyan edirik.
Qeyd edilənlərlə yanaşı, Kanada xarici işlər nazirinin Azərbaycanın Qarabağ bölgəsinə yanlışlıqla "Dağlıq Qarabağ" kimi istinad etməsi qəbuledilməzdir. Bir daha açıqlamalarda bu kimi məqamlara Kanada tərəfindən diqqət yetirilməsini zəruri hesab edirik.