https://sputnik.az/20230426/almaniyadaki-aksiyanin-istirakcilari-rusiya-ile-dostlugun-terefdari-olublar-454160044.html
Almaniyadakı aksiyanın iştirakçıları Rusiya ilə dostluğun tərəfdarı olublar
Almaniyadakı aksiyanın iştirakçıları Rusiya ilə dostluğun tərəfdarı olublar
Sputnik Azərbaycan
Müharibə əleyhinə keçirilən aksiyada yerli fəallar, publisistlər və musiqiçilər də daxil olmaqla 500-ə yaxın insan iştirak edib. 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T22:25+0400
2023-04-26T22:25+0400
2023-04-27T10:18+0400
almaniya
dünya xəbərləri
rusiya
qərb
silah
ukrayna
nümayiş
nümayişçi
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437510571_0:0:3071:1728_1920x0_80_0_0_91d6266cb7765746ca0e3ff6f0986aff.jpg
BAKI, 26 aprel — Sputnik. Almaniyanın Torqau şəhərində (Saksoniya federal əyaləti) müharibə əleyhinə aksiya keçirilib. Bu barədə "TASS" xəbər verir. Aksiyada yerli fəallar, publisistlər və musiqiçilər də daxil olmaqla 500-ə yaxın insan iştirak edib. Çıxış edənlər Ukraynada gedən döyüşlərin əleyhinə olduqlarını bildiriblər, eləcə də Rusiya ilə dostluqdan danışıblar. Onların bəziləri aksiyaya Rusiya bayraqları ilə gəliblər. Nümayişçilər, həmçinin, Ukraynaya Qərb silahlarının verilməsinə qarşı çıxıblar. "Silahın dünya ilə heç bir əlaqəsi yoxdur. Əgər Rusiya ilə Qərb arasında ziddiyyət yaranarsa, o zaman Avropada təhlükəsizlik olmayacaq", - deyə nümayişçilərdən biri agentliyin müxbirləri ilə söhbəti zamanı bildirib. Bundan əvvəl "Le Figaro" nəşri də Ukraynadan çoxlu qaçqın axını ilə əlaqədar Almaniyada kütləvi etirazların keçirildiyini bildirmişdi.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/17/437510571_141:0:2872:2048_1920x0_80_0_0_663d15899a1302492d9cef356015e2f1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
almaniya, rusiya, qərb, silah, ukrayna, nümayiş, nümayişçi
almaniya, rusiya, qərb, silah, ukrayna, nümayiş, nümayişçi
Almaniyadakı aksiyanın iştirakçıları Rusiya ilə dostluğun tərəfdarı olublar
22:25 26.04.2023 (Yenilənib: 10:18 27.04.2023) Müharibə əleyhinə keçirilən aksiyada yerli fəallar, publisistlər və musiqiçilər də daxil olmaqla 500-ə yaxın insan iştirak edib.
BAKI, 26 aprel — Sputnik. Almaniyanın Torqau şəhərində (Saksoniya federal əyaləti) müharibə əleyhinə aksiya keçirilib.
Bu barədə "TASS" xəbər verir.
Aksiyada yerli fəallar, publisistlər və musiqiçilər də daxil olmaqla 500-ə yaxın insan iştirak edib.
Çıxış edənlər Ukraynada gedən döyüşlərin əleyhinə olduqlarını bildiriblər, eləcə də Rusiya ilə dostluqdan danışıblar. Onların bəziləri aksiyaya Rusiya bayraqları ilə gəliblər.
Nümayişçilər, həmçinin, Ukraynaya Qərb silahlarının verilməsinə qarşı çıxıblar.
"Silahın dünya ilə heç bir əlaqəsi yoxdur. Əgər Rusiya ilə Qərb arasında ziddiyyət yaranarsa, o zaman Avropada təhlükəsizlik olmayacaq", - deyə nümayişçilərdən biri agentliyin müxbirləri ilə söhbəti zamanı bildirib.
Bundan əvvəl "Le Figaro" nəşri də Ukraynadan çoxlu qaçqın axını ilə əlaqədar Almaniyada kütləvi etirazların keçirildiyini bildirmişdi.