DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Air Moldova” Bakı və Bolonyaya dörd aviareysi ləğv edib

© Sputnik / Vladimir Sergeev / Mediabanka keçidSəmada təyyarə
Səmada təyyarə - Sputnik Azərbaycan, 1920, 26.04.2023
Abunə olmaq
Aviadaşıyıcı mart ayından bəri Kişineudan Bolonya, Varşava, Düsseldorf, Praqa, Roma, İstanbul, Tbilisi də daxil olmaqla 30-dan çox reysi ləğv edib.
BAKI, 26 aprel — Sputnik. "Air Moldova" aviaşirkəti aprelin 26-da Bakıya, Bolonyaya və əks istiqamətə planlaşdırılan dörd aviareysi ləğv edib.
Bu barədə məlumat Kişineu aeroportunun saytında yerləşdirilib.
Aviaşirkət reyslərin ləğv olunmasının səbəbini şərh etməyib. Aviadaşıyıcı mart ayından bəri Kişineudan Bolonya, Varşava, Düsseldorf, Praqa, Roma, İstanbul, Tbilisi də daxil olmaqla 30-dan çox reysi ləğv edib.
Ötən ilin noyabrında Moldova Mülki Aviasiya İdarəsi "Air Moldova" aviaşirkətinin qeyri-sabit maliyyə vəziyyəti və satılmış biletlər üzrə öhdəliklərini yerinə yetirməyə çətinlik çəkdiyi barədə məlumat yaymışdı.
Xəbər lenti
0