https://sputnik.az/20230426/2023-cu-ilde-dunyada-elektromobillerin-satisi-14-milyona-catacaq-454159420.html
2023-cü ildə dünyada elektromobillərin satışı 14 milyona çatacaq
2023-cü ildə dünyada elektromobillərin satışı 14 milyona çatacaq
Sputnik Azərbaycan
Elektrik nəqliyyat vasitələrinin istifadəsi 2030-cu ilə qədər gündəlik ən azı 5 milyon barel həcmində neftə ehtiyacın qarşısını alacaq. 26.04.2023, Sputnik Azərbaycan
2023-04-26T23:54+0400
2023-04-26T23:54+0400
2023-04-27T10:18+0400
dünya xəbərləri
elektromobil
avtomobil
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0c/452614510_0:103:2000:1228_1920x0_80_0_0_d15719b21bebb563b855cece8a228567.jpg
BAKI, 26 aprel — Sputnik. Dünyada elektriklə işləyən avtomobillərə tələbat güclü şəkildə artır. Bu il satışın 35% artaraq 14 milyon avtomobilə çatacağı, onların avtomobil bazarındakı payının 2022-ci ildəki 14%-dən 18%-ə yüksələcəyi gözlənilir. Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında belə deyilir. "Elektrikli avtomobillərin qlobal satışları bu il daha bir rekorda imza ataraq. Onlar ümumi avtomobil bazarındakı payı, təxminən beşdə birə yüksələcək və bu, avtomobil sənayesində enerji sektoruna, xüsusən də neft sektoruna təsir edəcək böyük transformasiyaya səbəb olacaq", - deyə hesabatda qeyd edilib. "2022-ci ildə qlobal miqyasda 10 milyondan çox elektrik avtomobili satılıb. Bu il isə satışın daha 35% artaraq 14 milyona çatacağı gözlənilir. Bu güclü artım elektriklə işləyən avtomobillərin ümumi avtomobil bazarında payının 2020-ci ildəki 4%-dən 2022-ci ildə 14%-ə yüksəlməsi deməkdir. Bu il isə BEA-nın son proqnozlarına görə, bu rəqəm 18%-ə qədər artacaq", - deyə BEA-nın məlumatında bildirilib. Agentlik elektrik nəqliyyat vasitələrinin istifadəsinin 2030-cu ilə qədər gündəlik ən azı 5 milyon barel həcmində neftə ehtiyacın qarşısını alacağını gözləyir. BEA onu da qeyd edir ki, hazırda ən çox elektrik avtomobil satışı Çinin (60%) payına düşür, ikinci yerdə Avropadır, ilk üçlüyü ABŞ tamamlayır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/03/0c/452614510_114:0:1887:1330_1920x0_80_0_0_49e5780cdb9b1b3b2111bfc412f45b2e.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
elektromobil, avtomobil
2023-cü ildə dünyada elektromobillərin satışı 14 milyona çatacaq
23:54 26.04.2023 (Yenilənib: 10:18 27.04.2023) Elektrik nəqliyyat vasitələrinin istifadəsi 2030-cu ilə qədər gündəlik ən azı 5 milyon barel həcmində neftə ehtiyacın qarşısını alacaq.
BAKI, 26 aprel — Sputnik. Dünyada elektriklə işləyən avtomobillərə tələbat güclü şəkildə artır. Bu il satışın 35% artaraq 14 milyon avtomobilə çatacağı, onların avtomobil bazarındakı payının 2022-ci ildəki 14%-dən 18%-ə yüksələcəyi gözlənilir.
Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında belə deyilir.
"Elektrikli avtomobillərin qlobal satışları bu il daha bir rekorda imza ataraq. Onlar ümumi avtomobil bazarındakı payı, təxminən beşdə birə yüksələcək və bu, avtomobil sənayesində enerji sektoruna, xüsusən də neft sektoruna təsir edəcək böyük transformasiyaya səbəb olacaq", - deyə hesabatda qeyd edilib.
"2022-ci ildə qlobal miqyasda 10 milyondan çox elektrik avtomobili satılıb. Bu il isə satışın daha 35% artaraq 14 milyona çatacağı gözlənilir. Bu güclü artım elektriklə işləyən avtomobillərin ümumi avtomobil bazarında payının 2020-ci ildəki 4%-dən 2022-ci ildə 14%-ə yüksəlməsi deməkdir. Bu il isə BEA-nın son proqnozlarına görə, bu rəqəm 18%-ə qədər artacaq", - deyə BEA-nın məlumatında bildirilib.
Agentlik elektrik nəqliyyat vasitələrinin istifadəsinin 2030-cu ilə qədər gündəlik ən azı 5 milyon barel həcmində neftə ehtiyacın qarşısını alacağını gözləyir.
BEA onu da qeyd edir ki, hazırda ən çox elektrik avtomobil satışı Çinin (60%) payına düşür, ikinci yerdə Avropadır, ilk üçlüyü ABŞ tamamlayır.