https://sputnik.az/20230425/yarimciq-qalmis-obyektlerin-tikintisi-zamani-burokratik-engeller-aradan-qaldirilir-454116574.html
Yarımçıq qalmış obyektlərin tikintisi zamanı bürokratik əngəllər aradan qaldırılır
Yarımçıq qalmış obyektlərin tikintisi zamanı bürokratik əngəllər aradan qaldırılır
Sputnik Azərbaycan
Bundan sonra tikintisi yarımçıq qalan obyektlərin işinin başa çatdırılmasına görə iki sənəd tələb olunacaq. 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T17:27+0400
2023-04-25T17:27+0400
2023-04-25T17:27+0400
tikinti
cəmiyyət
daşınmaz əmlak
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426796037_0:160:3073:1888_1920x0_80_0_0_1834faf783e695e28c01bec7ac3435f0.jpg
BAKI, 25 aprel — Sputnik. Milli Məclisin iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliyə baxılıb. Bildirilib ki, qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun aparılmamış tikinti obyektləri üzərində hüquqların qeydiyyatı məqsədilə hazırlanıb. Belə ki, yarımçıq qalmış obyektlərin tikintisi zamanı bürokratik əngəllərin aradan qaldırılması məqsədilə prosedur qaydaları sadələşdirilir. Bundan sonra tikintisi yarımçıq qalan obyektlərin işinin başa çatdırılmasına görə iki sənəd tələb olunacaq. Bunlar müvafiq qurum tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəddir. Diqqətə çatdırılıb ki, istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları və qaydası qanun qəbul olunduqdan sonra təsdiq ediləcək qaydalarla müəyyən olunacaq. Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. Qeyd edək ki, mövcud "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: - tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; - məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsasdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/04/1a/426796037_170:0:2901:2048_1920x0_80_0_0_0d68bd67ed8ef773f50b73e193b8592c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
tikinti, daşınmaz əmlak
Yarımçıq qalmış obyektlərin tikintisi zamanı bürokratik əngəllər aradan qaldırılır
Bundan sonra tikintisi yarımçıq qalan obyektlərin işinin başa çatdırılmasına görə iki sənəd tələb olunacaq.
BAKI, 25 aprel — Sputnik. Milli Məclisin iclasında "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna dəyişikliyə baxılıb.
Bildirilib ki, qanun layihəsi qanunvericiliyin tələblərinə uyğun aparılmamış tikinti obyektləri üzərində hüquqların qeydiyyatı məqsədilə hazırlanıb. Belə ki, yarımçıq qalmış obyektlərin tikintisi zamanı bürokratik əngəllərin aradan qaldırılması məqsədilə prosedur qaydaları sadələşdirilir. Bundan sonra tikintisi yarımçıq qalan obyektlərin işinin başa çatdırılmasına görə iki sənəd tələb olunacaq. Bunlar müvafiq qurum tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəddir.
Diqqətə çatdırılıb ki, istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektlərinin yerləşdiyi torpaq sahələrinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları və qaydası qanun qəbul olunduqdan sonra təsdiq ediləcək qaydalarla müəyyən olunacaq.
Layihə səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, mövcud "Daşınmaz əmlakın dövlət reyestri haqqında" qanuna görə, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair:
- tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;
- məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsasdır.