SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

"Vahid Əhmədovun fikirləri parlamentə və deputatlara qarşı təhdiddir" - MM-də narazılıq

© Photo : REPORTMilli Məclisin deputatı Vahid Əhmədov
Milli Məclisin deputatı Vahid Əhmədov - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Deputat Fəzail Ağamalı deyib ki, Vahid Əhmədov blogerin suallarının təsiri altında dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışıb.
BAKI, 25 aprel - Sputnik. "Deputat Vahid Əhmədovun tərbiyəsiz bir şəxsə müsahibə verməsini, orada deputatların aşağılanmasına rəvac verməsini şiddətlə qınayıram. Onun bu müsahibəsini və fikirlərini parlamentə və onun deputatlarına qarşı açıq-aydın təhdid kimi qiymətləndirirəm".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Razi Nurullayev deyib.
Deputat qeyd edib: "Vahid Əhmədov yaxşı-pis deputat seçimi ilə də məşğuldur. Belə çıxır ki, burada oturan deputatların 2-3 nəfərdən başqa hamısı xaindir, xalq düşmənidir, saxta seçilib, o zaman nə əcəb özünüzə yaraşdırıb burada oturursunuz? Hətta, hər həftə müxtəlif ölkələrdə rəsmi səfərdə olan, bütün format və platformalarda ölkəmiz adına çıxış edən, Ermənistan nümayəndələrini yerinə oturdan, çıxışlarının ingilis və rus dili versiyaları yalnız bizlər yox, digər ölkələrin vətəndaşları tərəfindən belə geniş paylaşılan xanım sədr Sahibə xanımın adını çəkməyərək, dolayısı ilə xanım sədri də dövlətə canı yanmayan kimi qələmə verir. Bu qədər ağını çıxarmaq, haqsızlıq etmək olarmı? Sahibə Qafarovanın əməyini görməmək, onun dövlətimiz üçün etdiklərini gözardı etmək ən böyük insafsızlıq və həqarətdir...".
"Çox təəssüf edirəm ki, deputat həmkarlarını hədəfə alan, onların təhdid olunmasında birbaşa iştirak edən, parlamentdə oturub parlamenti və deputatları bəyənməyən, onlara yuxarıdan aşağı baxan bir kəslə bir parlamenti bölüşməli oluruq", - deyə deputat əlavə edib.
Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı da çıxış edərək bildirib ki, bu yaxınlarda həmkarımız Vahid Əhmədov mətbuatda xoşagəlməz müsahibə verib. Blogerin suallarının təsiri altına düşən həmkarımız dövlətin həyata keçirmiş olduğu fundamental məsələlərə şübhə toxumu səpməyə çalışıb.
"Məni narahat edən millət vəkilinin Azərbaycan dövlətçiliyinə təhdidləri, qərəzli münasibətləridir. Vahid Əhmədov ölkə prezidentinin sosial siyasətinə kölgə salır. Bunu ən müxtəlif tezislərlə əsaslandırmağa çalışır. Belə çıxır ki, Azərbaycanda uzun illərdən bəri həyata keçirilmiş sosial siyasət heç bir nəticə verməyib. Azərbaycanda korrupsiyanın və kölgə iqtisadiyyatının tör-töküntülərinin qalmasını sistemin üzərinə yönəltməyin özü acı təəssüf doğurur...", - deyə deputat bildirib.
Deputat Vahid Əhmədov isə qeyd edib ki, hər zaman dövlətin yanında olub, dövlətçilik mövqeyini müdafiə edib, yenə də müdafiə edir: "Həm Milli Məclisdə, həm də mətbuatda hamıya aydındır ki, mən hansı mövqedə olmuşam. Burada Fəzail Ağamalı elan etdi ki, mənim məsələmə İntizam Komissiyasında baxılsın, etiraz etmirəm, baxsınlar. Mən bütün suallara cavab verməyə hazıram".
Xəbər lenti
0