https://sputnik.az/20230425/siyavus-novruzovdan-hemkarina-irad-deleduzun-birine-musahibe-vermek-neye-lazimdir-vdeo-454116417.html
Siyavuş Novruzovdan həmkarına irad: Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? VİDEO
Siyavuş Novruzovdan həmkarına irad: Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? VİDEO
Sputnik Azərbaycan
Siyavuş Novruzov deyib ki, Milli Məclisdə 30-dan artıq qeydiyyatdan keçən jurnalist, televiziya kanalları var, hər biri də deputatların çıxışlarını, rəylərini... 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T16:15+0400
2023-04-25T16:15+0400
2023-04-25T16:15+0400
siyavuş novruzov
siyasət
vahid əhmədov
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_0:0:1800:1014_1920x0_80_0_0_289aed8644a691ebc4d697584eb8001b.jpg
BAKI, 25 aprel — Sputnik. "Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digərlərinin fəaliyyətini müzakirə edirik. Kimin sözü varsa, müzakirə olunan məsələlər çərçivəsində parlamentdə tənqid də edə bilər, fikrini də söyləyə bilər. Təklifini də söyləyə bilər ki, bu da dövlətin inkişafına, işlərin yaxşı getməsinə kömək olar". Bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib. "Dəfələrlə burada müxtəlif sahələr, iqtisadiyyat, sosial sahə, mənzil məsələlər ilə bağlı dinləmələr keçirmişik. Burada təhsillə bağlı ən kəskin fikirlər də deyilib. Azərbaycana qarşı olan adamlara müsahibə verməyə nə ehtiyac var? Milli Məclisdə 30-dan artıq qeydiyyatdan keçən jurnalist, televiziya kanalları var, hər biri də deputatların çıxışlarını, rəylərini yayır, hamı da qulaq asır. Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? Nə milliyyəti məlumdur, nə təhsili var, bu kimdir? Bunun hansı sənəti var, niyə ondan qorxursunuz, nədən qorxursunuz? Gərək, belə şeylərdən uzaq olaq, belə şeylərə diqqət edək", - deyə Siyavuş Novruzov bildirib. Qeyd edək ki, deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən iclasında sərt tənqid olunub. Deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər. Deputat Kamran Bayramov bildirib ki, Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur. "Bu fikirləri Vahid müəllimə yaraşdırmadım. Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır. Əgər onun əlində faktları varsa, qoy təqdim etsin, ancaq edə bilmirsə, onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir", - deyə deputat bildirib. Deputat Elşən Musayev da qeyd edib ki, Vahid Əhmədovun fikirləri qərəzli xarakter daşıyır. "Bu insan töhmətə layiqdir. Xahiş edirəm Milli Məclisin İntizam komissiyasında bu məsələyə baxılsın", - deyə deputat vurğulayıb. Digər deputatlar da Vahid Əhmədovun fikirlərini sərt tənqid ediblər. Bildirilib ki, Vahid Əhmədovun fikirləri xarici qüvvələrin dəyirmanına su tökməkdir. Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bununla bağlı tapşırıq verib. "İntizam Komissiyası bu məsələ ilə məşğul olsun", - deyə S.Qafarova bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40387/91/403879135_200:0:1800:1200_1920x0_80_0_0_961af86d8f86081bfaa88c267d6568e3.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
siyavuş novruzov, vahid əhmədov
siyavuş novruzov, vahid əhmədov
Siyavuş Novruzovdan həmkarına irad: Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? VİDEO
Siyavuş Novruzov deyib ki, Milli Məclisdə 30-dan artıq qeydiyyatdan keçən jurnalist, televiziya kanalları var, hər biri də deputatların çıxışlarını, rəylərini yayır, hamı da qulaq asır. Belə olan təqdirdə, dələduzun birinə müsahibə vermək nəyə lazımdır?
BAKI, 25 aprel — Sputnik. "Milli Məclisdə sosial, iqtisadi sahələri, bələdiyyələri və digərlərinin fəaliyyətini müzakirə edirik. Kimin sözü varsa, müzakirə olunan məsələlər çərçivəsində parlamentdə tənqid də edə bilər, fikrini də söyləyə bilər. Təklifini də söyləyə bilər ki, bu da dövlətin inkişafına, işlərin yaxşı getməsinə kömək olar".
Bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.
"Dəfələrlə burada müxtəlif sahələr, iqtisadiyyat, sosial sahə, mənzil məsələlər ilə bağlı dinləmələr keçirmişik. Burada təhsillə bağlı ən kəskin fikirlər də deyilib. Azərbaycana qarşı olan adamlara müsahibə verməyə nə ehtiyac var? Milli Məclisdə 30-dan artıq qeydiyyatdan keçən jurnalist, televiziya kanalları var, hər biri də deputatların çıxışlarını, rəylərini yayır, hamı da qulaq asır. Dələduzun birinə müsahibə vermək nəyə lazımdır? Nə milliyyəti məlumdur, nə təhsili var, bu kimdir? Bunun hansı sənəti var, niyə ondan qorxursunuz, nədən qorxursunuz? Gərək, belə şeylərdən uzaq olaq, belə şeylərə diqqət edək", - deyə Siyavuş Novruzov bildirib.
Qeyd edək ki, deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən iclasında sərt tənqid olunub. Deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər.
Deputat Kamran Bayramov bildirib ki, Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur. "Bu fikirləri Vahid müəllimə yaraşdırmadım. Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır. Əgər onun əlində faktları varsa, qoy təqdim etsin, ancaq edə bilmirsə, onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir", - deyə deputat bildirib.
Deputat Elşən Musayev da qeyd edib ki, Vahid Əhmədovun fikirləri qərəzli xarakter daşıyır. "Bu insan töhmətə layiqdir. Xahiş edirəm Milli Məclisin İntizam komissiyasında bu məsələyə baxılsın", - deyə deputat vurğulayıb.
Digər deputatlar da Vahid Əhmədovun fikirlərini sərt tənqid ediblər. Bildirilib ki, Vahid Əhmədovun fikirləri xarici qüvvələrin dəyirmanına su tökməkdir.
Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bununla bağlı tapşırıq verib. "İntizam Komissiyası bu məsələ ilə məşğul olsun", - deyə S.Qafarova bildirib.