Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya və ABŞ arasında məhbus mübadiləsini müzakirə etmək üçün xüsusi kanal yaradılıb

© Sputnik / Murad OrujovRusiyanın xarici işlər naziri Sergey Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov  - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Rusiya XİN başçısı bildirib ki, bu kanal Cozef Bayden və Vladimir Putin arasında 2021-ci ilin iyununda Cenevrədə ​əldə edilmiş razılaşmaya əsasən yaradılıb.
BAKI, 25 aprel - Sputnik. Rusiya və ABŞ-ın həbsdə olan vətəndaşlarının mübadiləsini müzakirə etmək üçün bu ölkələrin prezidentləri arasında Cenevrə görüşündən sonra əldə edilmiş razılaşmaların nəticələrinə əsasən xüsusi kanal yaradılıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka səfərindən sonra mətbuat konfransında deyib.
“Cozef Bayden və Vladimir Putin arasında 2021-ci ilin iyununda Cenevrədə ​əldə edilmiş razılaşmaya əsasən, ABŞ-da saxlanılan Rusiya vətəndaşlarının mübadiləsinin müzakirəsi üçün xüsusi kanal yaradılıb", - Lavrov bildirib.
Lavrov qeyd edib ki, ABŞ həbsxanalarında 60-a yaxın rusiyalı var.
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 25.04.2023
RUSİYA
Lavrov: "Taxıl sazişi ətrafında vəziyyət dalana dirənib"
Xəbər lenti
0