Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov: "Taxıl sazişi ətrafında vəziyyət dalana dirənib"

© Sputnik / Владимир АстапковичSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Lavrovun sözlərinə görə, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracında praktiki olaraq heç bir nəticə yoxdur:
BAKI, 25 aprel - Sputnik. Rusiya Federasiyası BMT baş katibinin taxıl müqaviləsi ilə bağlı səylərini görür, lakin kənd təsərrüfatı məhsullarının ixracı məsələsində nəticə yoxdur.
Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində Nyu-Yorka səfərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracında praktiki olaraq heç bir nəticə yoxdur:
"Taxıl sövdələşməsi ətrafında vəziyyət dalana dirənib", - deyə Lavrov vurğulayıb.
"Rusiya taxıl sazişinə xitam verməlidir"
Bundan əvvəl Rusiya Dövlət Dumasının Krım bölgəsindən deputatı Mixail Şeremet Krıma PUA hücumu ilə əlaqədar taxıl sazişinin şərtlərinə yenidən baxmağa çağırıb.
Daha əvvəl Rusiya Müdafiə Nazirliyi açıqlayıb ki, martın 23-də və aprelin 24-də Ukrayna humanitar dəhlizdən istifadə etməmək zəmanətini pozaraq, Qara dəniz donanmasının Sevastopoldakı bazalarına və Krımın mülki infrastrukturuna hücum edib, terror aktları mayın 18-dən sonra taxıl sazişinin uzadılmasını təhlükə altına qoyub.
"Krıma son dron hücumlarını nəzərə alaraq, taxıl sazişi üzrə öhdəliklərimizin şərtlərini əsaslı şəkildə nəzərdən keçirmək lazımdır. Əgər Ukrayna tərəfi yarımadaya qarşı aqressiv niyyətlərini davam etdirsə, taxıl müqaviləsinə xitam verilməlidir", - Şeremet bildirib.
Onun sözlərinə görə, taxıl sazişi gəmilərin və humanitar missiyaların rahat keçidinin mümkünlüyünü nəzərdə tutur.
"Bu gün bu, fiziki cəhətdən mümkün deyil. Kiyev hakimiyyəti Krıma doğru hücumlarını ört-basdır etmək üçün Qara dənizdəki humanitar dəhlizlərdən istifadə edir. Buna son qoymağın vaxtı çatıb, xüsusən də Ukrayna taxıl satır, daha sonra isə əldə etdiyi gəlirlə mülki insanları məhv edən silah alır", - deputat bildirib.
Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələri tərəfindən 2022-ci il iyulun 22-də imzalanan taxıl sazişi Odessa da daxil olmaqla üç limandan Ukrayna taxılının, ərzaq və gübrələrin Qara dəniz vasitəsilə ixracını nəzərdə tutur. Gəmilərin hərəkətinin koordinasiyası İstanbuldakı Birgə Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilir. 2023-cü il martın 18-dən Rusiya sazişin müddətini 60 gün - mayın 18-dək uzadıb.
Xəbər lenti
0