https://sputnik.az/20230425/milli-meclisin-ntizam-komissiyasi-deputat-vahid-ehmedovla-bagli-meseleni-muzakire-edecek-454103859.html
Milli Məclisin İntizam Komissiyası deputat Vahid Əhmədovla bağlı məsələni müzakirə edəcək
Milli Məclisin İntizam Komissiyası deputat Vahid Əhmədovla bağlı məsələni müzakirə edəcək
Sputnik Azərbaycan
Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən... 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T12:52+0400
2023-04-25T12:52+0400
2023-04-25T12:52+0400
milli məclis
siyasət
vahid əhmədov
millət vəkili vahid əhmədov
elşən musayev
sahibə qafarova
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_0:56:1589:950_1920x0_80_0_0_4f759590d2be1560fbc9f16f35f0dea4.jpg
BAKI, 25 aprel - Sputnik. Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq. Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bununla bağlı tapşırıq verib. “İntizam Komissiyası bu məsələ ilə məşğul olsun”, - deyə S.Qafarova bildirib. Qeyd edək ki, deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər. Xatırladaq ki, deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən iclasında sərt tənqid olunub. Deputat Kamran Bayramov bildirib ki, Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur. “Bu fikirləri Vahid müəllimə yaraşdırmadım. Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır. Əgər onun əlində faktları varsa, qoy təqdim etsin, ancaq edə bilmirsə, onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir”, - deyə deputat bildirib. Deputat Elşən Musayev da qeyd edib ki, Vahid Əhmədovun fikirləri qərəzli xarakter daşıyır. “Bu insan töhmətə layiqdir. Xahiş edirəm Milli Məclisin İntizam komissiyasında bu məsələyə baxılsın”, - deyə deputat vurğulayıb. Digər deputatlar da Vahid Əhmədovun fikirlərini sərt tənqid ediblər. Bildirilib ki, Vahid Əhmədovun fikirləri xarici qüvvələrin dəyirmanına su tökməkdir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/40997/88/409978836_322:0:1589:950_1920x0_80_0_0_bef5c21ab609dac6d63e22416c0cfc43.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, vahid əhmədov, millət vəkili vahid əhmədov, elşən musayev, sahibə qafarova
milli məclis, vahid əhmədov, millət vəkili vahid əhmədov, elşən musayev, sahibə qafarova
Milli Məclisin İntizam Komissiyası deputat Vahid Əhmədovla bağlı məsələni müzakirə edəcək
Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən iclasında sərt tənqid olunub.
BAKI, 25 aprel - Sputnik. Deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirləri ilə bağlı məsələyə Milli Məclisin İntizam Komissiyasında baxılacaq.
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında bununla bağlı tapşırıq verib.
“İntizam Komissiyası bu məsələ ilə məşğul olsun”, - deyə S.Qafarova bildirib.
Qeyd edək ki, deputatlar Vahid Əhmədovun fikirlərini sərt tənqid edib və məsələyə İntizam Komissiyasında baxılmasını istəyiblər.
Xatırladaq ki, deputat Vahid Əhmədovun bir neçə gün əvvəl internet televiziyalarından birinə verdiyi müsahibə zamanı səsləndirdiyi fikirlər Milli Məclisin bu gün geçirilən iclasında sərt tənqid olunub.
Deputat Kamran Bayramov bildirib ki, Vahid Əhmədovun müsahibə zamanı səsləndirdiyi ifadələr hiddət doğurur. “Bu fikirləri Vahid müəllimə yaraşdırmadım. Vahid müəllim Azərbaycanda keçirilən demokratik seçkiləri şübhə altına alır. Əgər onun əlində faktları varsa, qoy təqdim etsin, ancaq edə bilmirsə, onun bu cür fikirlər səsləndirməsi əsassızdır. Onun fikirləri deputatların nüfuzuna xələl gətirir”, - deyə deputat bildirib.
Deputat Elşən Musayev da qeyd edib ki, Vahid Əhmədovun fikirləri qərəzli xarakter daşıyır. “Bu insan töhmətə layiqdir. Xahiş edirəm Milli Məclisin İntizam komissiyasında bu məsələyə baxılsın”, - deyə deputat vurğulayıb.
Digər deputatlar da Vahid Əhmədovun fikirlərini sərt tənqid ediblər. Bildirilib ki, Vahid Əhmədovun fikirləri xarici qüvvələrin dəyirmanına su tökməkdir.