ELM

Heyvanların kütləvi şəkildə nəsli kəsilməyə başlayıb

© Sputnik / Murad OrujovBakı zooparkında meymunlar
Bakı zooparkında meymunlar - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Elm adamları belə qənaətə gəliblər ki, proqnozlaşdırılan yox olma əsasən səhvdir və gözləniləndən çox daha sürətli gedəcək.
BAKI, 25 aprel — Sputnik. Alimlər müəyyən ediblər ki, ötən ilin sonunda BMT-nin Biomüxtəliflik üzrə Konfransında bağlanmış tarixi "Təbiətlə sülh paktı" ümidsizcə köhnəlib və hazırda planeti xilas etmək üçün təcili tədbirlər tələb olunur.
Son tədqiqatlar nəticəsində müəyyən edilib ki, ətraf mühit dəyişiklikləri ilə onların quş və heyvan populyasiyalarına təsiri arasında 45 ilə qədər ola biləcək əhəmiyyətli bir gecikmə var. Beləliklə, bu və ya digər ərazidə faunanın say tərkibindəki dəyişikliklər bəşəriyyətin artıq təsir edə bilmədiyi daha əvvəlki iqlim amilləri ilə əlaqədardır.
Növləri qorumaq üçün bu gün görüləcək hər hansı bir tədbir 10 ildən də gec nəticə verəcək. Üstəlik, bu, yalnız kiçik heyvan və quş növlərinə aiddir, daha böyük olanlar üçün nəticələr daha sonra təsir edəcək.
Buna əsaslanaraq, elm adamları belə qənaətə gəliblər ki, proqnozlaşdırılan yox olma əsasən səhvdir və gözləniləndən çox daha sürətli gedəcək.
"İnsan müdaxiləsi olmadan qlobal məhv olma nisbətləri hazırda gözləniləndən on və minlərlə dəfə yüksəkdir. Biz bütün torpaqların 70%-ni dəyişmiş, özümüzdən sonra geridə daha az məhsuldar yaşayış yerlərini qoymuşuq. Bu yeni araşdırma göstərir ki, biz onların biomüxtəlifliyə tam təsirini başa düşmək üçün daha da uzaq gələcəyə baxmalıyıq", – deyə "Science Alert" nəşri yazıb.
Xatırladaq ki, NASA daha əvvəl son 30 ildə dəniz səviyyəsinin 9 santimetrdən çox artdığını bildirmişdi.
Xəbər lenti
0