https://sputnik.az/20230425/hebsde-olan-sabiq-icra-bascisi-ali-mehkemeye-muraciet-etdi-454124835.html
Həbsdə olan sabiq icra başçısı Ali Məhkəməyə müraciət etdi
Həbsdə olan sabiq icra başçısı Ali Məhkəməyə müraciət etdi
Sputnik Azərbaycan
Şikayət ərizəsində iş üzrə dəymiş ziyanın tam ödənilməsi və digər əsasların nəzərə alınması, məhkum şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş... 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T20:26+0400
2023-04-25T20:26+0400
2023-04-25T20:26+0400
icra
cəmiyyət
icra başçısı
məhkəmə
icra hakimiyyətinin başçısı
həbs
ali məhkəmə
müraciət
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424724270_0:0:1201:676_1920x0_80_0_0_514e7ab74787b105999807e556e01eb5.jpg
BAKI, 25 aprel — Sputnik. Vəzifə cinayətlərində təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilmiş Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun barəsindəki qərardan kassasiya şikayəti verilib. APA-nın əldə etdiyi xəbərə görə, şikayət ərizəsində iş üzrə dəymiş ziyanın tam ödənilməsi və digər əsasların nəzərə alınması, məhkum şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunub. Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub. Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib. Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/08/14/424724270_0:0:1201:900_1920x0_80_0_0_2e0c637d76c59fc2a85aaa85e0cc4685.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
icra, icra başçısı, məhkəmə, icra hakimiyyətinin başçısı, həbs, ali məhkəmə, müraciət
icra, icra başçısı, məhkəmə, icra hakimiyyətinin başçısı, həbs, ali məhkəmə, müraciət
Həbsdə olan sabiq icra başçısı Ali Məhkəməyə müraciət etdi
Şikayət ərizəsində iş üzrə dəymiş ziyanın tam ödənilməsi və digər əsasların nəzərə alınması, məhkum şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunub.
BAKI, 25 aprel — Sputnik. Vəzifə cinayətlərində təqsirli bilinərək 6 il azadlıqdan məhrum edilmiş Kürdəmir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ceyhun Cəfərovun barəsindəki qərardan kassasiya şikayəti verilib.
APA-nın əldə etdiyi xəbərə görə, şikayət ərizəsində iş üzrə dəymiş ziyanın tam ödənilməsi və digər əsasların nəzərə alınması, məhkum şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsi xahiş olunub.
Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub.
Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib.
Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib.
Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib.