Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Davamiyyəti olmayan işçilərə maaş verilib - Hesablama Palatasının hesabatından

© Sputnik / Murad OrujovAzərbaycan manatı
Azərbaycan manatı - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Milli Məclisin iclasında Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabat müzakirəyə çıxarılıb.
BAKI, 25 aprel - Sputnik. Hesablama Palatasının 14 uyğunluq auditində əməyin ödənişi sahəsində nöqsanlara rast gəlinib.
Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd edilir.
Sənədə əsasən, hesabat ilində aparılmış uyğunluq auditləri ilə əməyin ödənilməsi sahəsində yol verilmiş xarakterik nöqsanlara dövlət qulluqçusu olmayan əməkdaşlara dövlət qulluğunun inzibati vəzifələri üzrə nəzərdə tutulan əlavələrin, mükafatların və müavinətlərin verilməsini, əmək müqaviləsinin qüvvəyə minmədiyi tarixlərdə və davamiyyəti olmayan əməkdaşlara əməyin ödənilməsini, müvafiq təhsil və ixtisas tələb edilən sahələrə digər ixtisasa malik və müvafiq təhsili olmayan şəxslərin cəlb edilməsini, əməyin ödənişi üzrə hesablanmış məbləğlərin şişirdilməsini, əməkhaqqı kartlarına əməyin ödənişi üzrə hesablanmış məbləğdən daha çox vəsaitin köçürülməsini, vəzifələrin həvalə edilməsi ilə bağlı tələblərə riayət edilməməsini, məzuniyyət haqqının düzgün hesablanmamasını və s. aid etmək olar.
Qeyd edək ki, sənədə görə, Hesablama Palatası tərəfindən 2022-ci il İş Planına uyğun olaraq nəticələrin rəsmiləşdirilməsi mərhələsində dayandırılmış 1 audit nəzərə alınmaqla 28 uyğunluq auditi keçirilib.
Hesablama Palatasının auditorları tərəfindən uyğunluq auditlərində dövlət vəsaitlərinin və digər dövlət əmlakının qanunauyğun və məqsədyönlü istifadəsi vəziyyətinin, maliyyə əməliyyatlarının, o cümlədən gəlir və xərclərin idarəolunmasının hüquqi aktlara uyğunluğunun, daxili nəzarət sisteminin qiymətləndirilməsi audit predmetləri kimi müəyyən edilib.
Xəbər lenti
0