https://sputnik.az/20230425/covdarovun-musadire-olunub-qaytarilmis-emlaki-barede-qerar-legv-edildi-454108457.html
Çovdarovun müsadirə olunub qaytarılmış əmlakı barədə qərar ləğv edildi
Çovdarovun müsadirə olunub qaytarılmış əmlakı barədə qərar ləğv edildi
Sputnik Azərbaycan
Akif Çovdarovun vəkilləri sözügedən əmlakların cinayət iştirakçısı olmayan şəxslərə məxsus olduğunu, cinayət yolu ilə əldə edilmədiyini qeyd edərək protestin... 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T14:35+0400
2023-04-25T14:35+0400
2023-04-25T14:55+0400
cəmiyyət
akif çovdarov
mtn
əmlak
daşınmaz əmlak
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951509_0:0:3073:1728_1920x0_80_0_0_a5b7ad26b93c4cc3d034cdb927989608.jpg
BAKI, 25 aprel — Sputnik. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması qərarından verilmiş prokurorun protestinə və maraqlı şəxsin şikayətinə baxılıb. Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı protestin dəlillərini əsaslandırıb. Prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış 13 milyonluq, Səlim Məmmədova qaytarılmış 161 min manatlıq əmlakın xüsusi müsadirədən azad olunmasının əsassız və qanunsuz olduğunu bildirərək, həmin qərarın ləğv edilməsini, cinayət işini əmlaklarla bağlı hissədə apellyasiya baxışına qaytarılmasını xahiş edib. Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov, Sadiq Rəsulov, eyni zamanda Səlim Məmmədovun vəkili isə sözügedən əmlakların cinayət iştirakçısı olmayan şəxslərə məxsus olduğunu, cinayət yolu ilə əldə edilmədiyini qeyd edərək protestin rədd edilməsini istəyiblər. Bundan başqa, 8-ci kilometr bazarının 50 faizlik payı ilə bağlı maraqlı şəxs - Çingiz Əsədovun da şikayəti dinlənilib. İclasda qərar elan olunub. Məhkəmə prokurorun protestini əsaslı hesab edib. İş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb. Eyni zamanda zərərçəkmiş və mülki iddiaçı Cəfər Səfərovun kassasiya şikayəti də təmin olunub. İş üzrə maraqlı şəxs Çingiz Əsədovun şikayəti isə qismən təmin edilib. Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib. 2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb. 2022-ci ilin dekabr ayında Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bundan başqa, Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42395/15/423951509_112:0:2843:2048_1920x0_80_0_0_c5927bdc7ea57c4709c5d436c5a08ffa.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
akif çovdarov, mtn, əmlak, daşınmaz əmlak
akif çovdarov, mtn, əmlak, daşınmaz əmlak
Çovdarovun müsadirə olunub qaytarılmış əmlakı barədə qərar ləğv edildi
14:35 25.04.2023 (Yenilənib: 14:55 25.04.2023) Akif Çovdarovun vəkilləri sözügedən əmlakların cinayət iştirakçısı olmayan şəxslərə məxsus olduğunu, cinayət yolu ilə əldə edilmədiyini qeyd edərək protestin rədd edilməsini istəyiblər.
BAKI, 25 aprel — Sputnik. Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və keçmiş MTN polkovniki Səlim Məmmədovun əmlaklarının müsadirədən azad olunması qərarından verilmiş prokurorun protestinə və maraqlı şəxsin şikayətinə baxılıb.
Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən iclasda dövlət ittihamçısı protestin dəlillərini əsaslandırıb.
Prokuror Akif Çovdarovun yaxınlarına qaytarılmış 13 milyonluq, Səlim Məmmədova qaytarılmış 161 min manatlıq əmlakın xüsusi müsadirədən azad olunmasının əsassız və qanunsuz olduğunu bildirərək, həmin qərarın ləğv edilməsini, cinayət işini əmlaklarla bağlı hissədə apellyasiya baxışına qaytarılmasını xahiş edib.
Akif Çovdarovun vəkilləri Kamandar Nəsibov, Sadiq Rəsulov, eyni zamanda Səlim Məmmədovun vəkili isə sözügedən əmlakların cinayət iştirakçısı olmayan şəxslərə məxsus olduğunu, cinayət yolu ilə əldə edilmədiyini qeyd edərək protestin rədd edilməsini istəyiblər.
Bundan başqa, 8-ci kilometr bazarının 50 faizlik payı ilə bağlı maraqlı şəxs - Çingiz Əsədovun da şikayəti dinlənilib.
İclasda qərar elan olunub.
Məhkəmə prokurorun protestini əsaslı hesab edib. İş əmlaklarla bağlı hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Eyni zamanda zərərçəkmiş və mülki iddiaçı Cəfər Səfərovun kassasiya şikayəti də təmin olunub. İş üzrə maraqlı şəxs Çingiz Əsədovun şikayəti isə qismən təmin edilib.
Xatırladaq ki, Akif Çovdarov və Səlim Məmmədov 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov isə 11 il müddətinə azadlıqdan məhrum edilib.
2020-ci ildə imzalanmış əfv sərəncamı ilə Akif Çovdarov, 2022-ci ilə imzalanmış əfv sərəncamı ilə Səlim Məmmədov azadlığa buraxılıb.
2022-ci ilin dekabr ayında Bakı Apelyasiya Məhkəməsi Akif Çovdarovun yaxınlarına məxsus 30 milyonluq əmlakın müsadirədən azad olunaraq sahiblərinə qaytarılması barədə qərar qəbul edib. Bundan başqa, Səlim Məmmədovun da əmlakları xüsusi müsadirədən azad olunub.