https://sputnik.az/20230425/bu-ilin-mayin-1-dek-insa-edilmis-tikinti-obyektlerinin-istismarina-icaze-verilecek-454117818.html
Bu ilin mayın 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək
Bu ilin mayın 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək
Sputnik Azərbaycan
Komitə sədri qeyd edib ki, qanun layihəsi bir çox insanların öz əmlakının qanuni mülkiyyətçisinə çevrilmək üçün hüquqi baza rolu oynayacaq. 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T16:31+0400
2023-04-25T16:31+0400
2023-04-25T16:40+0400
cəmiyyət
əli hüseynli
tikinti
şəhərsalma
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42334/01/423340149_0:0:3072:1728_1920x0_80_0_0_292d4d2d97f09ede29234262cd28df61.jpg
BAKI, 25 aprel — Sputnik. Milli Məclisin bugünkü iclasında "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişikliyə baxılıb. Təklif olunan dəyişikliklər 2023-cü ilin may ayının 1-dək Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilmədən inşa edilən, lakin etibarlılıq və təhlükəsizlik baxımından müvafiq tələblərə cavab verən bir çox tikinti obyektlərinin istismarına icazə verilməsini və müvafiq şəxslərin mülkiyyət hüququnun rəsmiləşdirilməsini mümkün edəcək. Eyni zamanda, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı şəhərsalma və tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərə görə sifarişçi tərəfindən haqq ödənilməsi məsələsi də layihədə öz əksini tapıb. Xatırladaq ki, bundan öncə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu günədək Şəhərsalma və Tikinti Məcəlləsinə bir neçə dəfə dəyişikliklər edilib. Prezident tərəfindən təqdim olunmuş bu əlavə və dəyişikliklər müstəsna əhəmiyyət kəsb edir. Sənəddə təklif olunur ki, tikintisi bu Məcəllənin tələblərinə uyğun aparılmamasına baxmayaraq, 2023-cü ilin may ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilsin və təhlükəsizlik tədbirləri də nəzərə alınsın. O, qeyd edib ki, qanun layihəsi bir çox insanların öz əmlakının qanuni mülkiyyətçisinə çevrilmək üçün hüquqi baza rolu oynayacaq. Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi tikinti obyektlərinin istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək zərurəti nəzərə alınaraq hazırlanıb. Sənəd ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsinə, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti çərçivəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42334/01/423340149_277:0:3008:2048_1920x0_80_0_0_8a0fbd119b41e700d71236a363580634.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
əli hüseynli, tikinti, şəhərsalma, milli məclis
əli hüseynli, tikinti, şəhərsalma, milli məclis
Bu ilin mayın 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə veriləcək
16:31 25.04.2023 (Yenilənib: 16:40 25.04.2023) Komitə sədri qeyd edib ki, qanun layihəsi bir çox insanların öz əmlakının qanuni mülkiyyətçisinə çevrilmək üçün hüquqi baza rolu oynayacaq.
BAKI, 25 aprel — Sputnik. Milli Məclisin bugünkü iclasında "Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında" qanuna dəyişikliyə baxılıb.
Təklif olunan dəyişikliklər 2023-cü ilin may ayının 1-dək Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə riayət edilmədən inşa edilən, lakin etibarlılıq və təhlükəsizlik baxımından müvafiq tələblərə cavab verən bir çox tikinti obyektlərinin istismarına icazə verilməsini və müvafiq şəxslərin mülkiyyət hüququnun rəsmiləşdirilməsini mümkün edəcək.
Eyni zamanda, tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı şəhərsalma və tikinti fəaliyyəti sahəsində göstərilən xidmətlərə görə sifarişçi tərəfindən haqq ödənilməsi məsələsi də layihədə öz əksini tapıb.
Xatırladaq ki, bundan öncə Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, bu günədək Şəhərsalma və Tikinti Məcəlləsinə bir neçə dəfə dəyişikliklər edilib. Prezident tərəfindən təqdim olunmuş bu əlavə və dəyişikliklər müstəsna əhəmiyyət kəsb edir. Sənəddə təklif olunur ki, tikintisi bu Məcəllənin tələblərinə uyğun aparılmamasına baxmayaraq, 2023-cü ilin may ayının 1-dək inşa edilmiş tikinti obyektlərinin istismarına icazə verilsin və təhlükəsizlik tədbirləri də nəzərə alınsın. O, qeyd edib ki, qanun layihəsi bir çox insanların öz əmlakının qanuni mülkiyyətçisinə çevrilmək üçün hüquqi baza rolu oynayacaq.
Əli Hüseynli bildirib ki, “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi tikinti obyektlərinin istismarına icazə prosedurunu və müddətini optimallaşdırmaq, bu sahədə şəffaflığı və vətəndaş məmnunluğunu təmin etmək zərurəti nəzərə alınaraq hazırlanıb. Sənəd ölkə əhalisinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsinə, vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti çərçivəsində həyata keçirilən ardıcıl və sistemli tədbirlərin davam etdirilməsi məqsədi daşıyır.