Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Bəzi məhsullarla yanaşı xammallar da gömrük rüsumundan azad edilməlidir - Ekspert

© Sputnik / Elvin AhmadSoska
Soska - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Ekspert deyir ki, xüsusən də dərman məhsulları ilə bağlı vəziyyət yenidən dəyərləndirilməlidir, onların bəzilərinin gömrük rüsumunu azaltmaq olar.
BAKI, 25 aprel — Sputnik. Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Bununla bağlı Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi barədə qərar imzalayıb.
Dəyişikliyə əsasən, idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15 faiz, 67 mal üzrə isə 5 faiz təşkil edir. Bu siyahıya balıq unu, şəkər əlavələri və siroplar, həmçinin bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib. Həmçinin gələn il yanvarın 1-dən Azərbaycana idxal olunacaq tropik meyvələr15 faiz gömrük rüsumundan azad ediləcək.
Bu siyahıda daha həyati əhəmiyyətli, bahalı, lakin istehlakı vacib başqa hansı məhsullar ola bilər?
İqtisadçı Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, elə məhsullar var ki, onlar həm də daxili bazarda istehsal olunsa da, əhali bu məhsulların da gömrük rüsumundan azad olunmasını istəyir:

"Lakin belə olacağı halda bəzi fermerlərimizin vəziyyəti pisləşə bilər. Ölkəyə idxal edilən kənd təsərrüfatı məhsullarının gömrük rüsumunun azaldılmasındansa, yaxşı olardı ki, onlar ölkəmizdə istehsal olunsun. Bu cür məhsulların gömrük rüsumundan azad olunub-olunmaması, onlara görə rüsumların azaldılıb-azaldılmaması məsələsində bir qədər həssas olmaq lazımdır. Düşünürəm ki bu məsələ müzakirə mövzusuna çevrilməli və qərar verməzdən öncə təhlillər aparılmalıdır".

© Photo : From the personal archive of Emin Garibliİqtisadçı ekspert - Emin Qəribli
İqtisadçı ekspert  - Emin Qəribli - Sputnik Azərbaycan, 1920, 24.04.2023
İqtisadçı ekspert - Emin Qəribli
Ekspert bildirir ki, xüsusən də strateji məhsullarla bağlı vəziyyətə yenidən baxmaq lazımdır:
"Xüsusən də dərman məhsulları ilə bağlı vəziyyət yenidən dəyərləndirilməlidir. Bəzi dərman məhsullarının gömrük rüsumunu azaltmaq olar".
E.Qəriblinin sözlərinə görə uşaq qidaları ilə bağlı da eyni addımı atmaq olar:

"Bunun üçün xarici təcrübədən də yararlanmaq olar. Ümumiyyətlə xaricdə belə məhsul istehsalçıları daha az vergi ödəyirlər. Azərbaycana idxal olunan belə məhsulların gömrük rüsumu aşağı salına bilər. Bundan başqa uşaq kitabları, uşaq bezləri və digər zəruri məhsullara görə də gömrük rüsumu ləğv olunsa, yaxşı olardı. Bundan başqa, Azərbaycanda da belə məhsulların idxalına görə ƏDV azaldılsa daha yaxşı olar".

"Başqa ölkələrdə də uşaqlar üçün qida və tədrisə dair materiallara görə ƏDV-i 20 faiz deyil, 2 faizdir", - deyə o əlavə edib.
Digər iqtisadçı Xalid Kərimli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yerli istehsal, ixrac yönümlü iqtisadiyyatın qurulması çox vacibdir.
"İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsinin kifayət qədər işçiləri var. Yığışıb təhlillər aparsınlar. Biz 15 ilə yaxındır deyirik ki, qeyri-neft sektoru inkişaf etməlidir. İqtisadiyyat divertifikasiya olunmalıdır. Bütün bunları illər boyu desək də real addımlar atılmır".
© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Xalid Kərimli

"Hökumət istehsalçı, ixracla məşğul olan şirkətlərin aldığı xammalın gömrük rüsumundan azad olunmasını təmin etməlidir. Yerli istehsalı formalaşdırmaq və bunu inkişaf etdirmək istəyiriksə, bu zaman xammala görə niyə rüsum olmalıdır?!", - deyə o əlavə edib.

Qeyd edək ki, bu ilin fevralın 8-də Nazirlər Kabinetinin qərarı ilə qeyd edilən mal növləri 2023-cü ilin dekabrın 31-dək gömrük rüsumundan azad edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Kalkulyator və manat - Sputnik Azərbaycan, 1920, 22.04.2023
İQTİSADİYYAT
Gömrük rüsumundan 270 növ mal azad edilib - Təfərrüatlar
Xəbər lenti
0