https://sputnik.az/20230425/belediyye-torpaqlarinda-mulkiyyetin-elde-olunmasi-asanlasir-454106227.html
Bələdiyyə torpaqlarında mülkiyyətin əldə olunması asanlaşır
Bələdiyyə torpaqlarında mülkiyyətin əldə olunması asanlaşır
Sputnik Azərbaycan
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik parlamentdə müzakirəyə çıxarılıb. 25.04.2023, Sputnik Azərbaycan
2023-04-25T14:00+0400
2023-04-25T14:00+0400
2023-04-25T14:00+0400
bələdiyyə
cəmiyyət
milli məclis
https://cdnn1.img.sputnik.az/img/42240/46/422404664_0:15:1921:1095_1920x0_80_0_0_ded31664bb5e26625428c01e8cdd299a.jpg
BAKI, 25 aprel - Sputnik. Milli Məclisin iclasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər. Həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər. Təklif olunan dəyişiklikdəki yeni qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verir. Qeyd edək ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik də eyni məzmunlu uyğunlaşdırma xarakteri daşıyır. Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib. Xatırladaq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42240/46/422404664_0:0:1707:1280_1920x0_80_0_0_537bfe3402bbd97fa946e763d2c5a0a9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
bələdiyyə, milli məclis
Bələdiyyə torpaqlarında mülkiyyətin əldə olunması asanlaşır
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik parlamentdə müzakirəyə çıxarılıb.
BAKI, 25 aprel - Sputnik. Milli Məclisin iclasında “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşları tikinti obyektinin istismara hazırlığı barədə müvafiq icra hakimiyyəti orqanından müsbət rəy aldığı təqdirdə, həmin obyektin yerləşdiyi torpaq sahəsi fiziki və hüquqi şəxslərin mülkiyyətinə satıla və ya icarəsinə verilə bilər. Həmin şəxslər torpaq üzərindəki mülkiyyət və icarə hüquqlarını əldə etmək üçün açıq torpaq hərracları və ya müsabiqələrdə iştirak etmirlər.
Təklif olunan dəyişiklikdəki yeni qayda humanizm prinsipinə əsaslanır, tikinti obyektinin yerləşdiyi torpaq üzərində mülkiyyət və icarə hüquqlarının daha asan formada əldə olunmasına hüquqi əsas verir.
Qeyd edək ki, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişiklik də eyni məzmunlu uyğunlaşdırma xarakteri daşıyır.
Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanun bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətlərini nəzərə almaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydalarını, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətlərini tənzimləyir.
İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür.
Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" qanuna və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir.
Bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır.