Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycan sınaqdan çıxmış tərəfdaşdır - Karel Hirman

© Official website of President of Azerbaijan RepublicSofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumu imzalanıb
Sofiyada Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem operatorları və SOCAR arasında Anlaşma Memorandumu imzalanıb  - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Ötən il baş verən hadisələr Avropanın enerji təhlükəsizliyinə ciddi zərbə vurub və Rusiya qazından asılılığı üzə çıxarıb.
BAKI, 25 aprel — Sputnik. "Bu gün Sofiyada imzalanan anlaşma memorandumu Azərbaycan ilə neft-qaz sahəsində əməkdaşlıq baxımından yeni səhifə açır".
Bunu Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman "Bulgartransgaz" (Bolqarıstan), "Transgaz" (Rumıniya), FGSZ (Macarıstan), "Eustream" (Slovakiya) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.
K.Hirmanın sözlərinə görə, ötən il baş verən hadisələr Avropanın enerji təhlükəsizliyinə ciddi zərbə vurub və Rusiya qazından asılılığı üzə çıxarıb: "Bir qaz mənbəyindən asılılığın azaldılması bizim strategiyamıza uyğundur".
Slovakiyanın iqtisadiyyat nazirinin sözlərinə görə, "Həmrəylik halqası" təşəbbüsü Avropanın enerji təhlükəsizliyini gücləndirməyə imkan verir.
"Hesab edirəm ki, bu gün imzalanan memorandum Azərbaycan ilə neft-qaz sahəsində əməkdaşlıq baxımından yeni səhifə açır. Azərbaycan bu sahədə mühüm və sınaqdan çıxmış tərəfdaşdır", - deyə nazir bildirib.
Pərviz Şahbazov - Sputnik Azərbaycan, 1920, 25.04.2023
İQTİSADİYYAT
Energetika naziri: Avropaya təbii qazın nəqli üçün yeni marşrut yaradılır
Xəbər lenti
0