NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

"Azeri Light" markalı Azərbaycan nefti dünya bazarında 86 dolları keçib

© AFP 2024 / MLADEN ANTONOVBakıda neft buruqları
Bakıda neft buruqları - Sputnik Azərbaycan, 1920, 25.04.2023
Abunə olmaq
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri 82,69 ABŞ dollarına satılıb.
BAKI, 25 aprel - Sputnik. Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,72 ABŞ dolları, yaxud 0,84 % artaraq 86,26 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin iyun fyuçersləri 82,69 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir (Report).
Xəbər lenti
0