https://sputnik.az/20230424/srailin-ali-tehsil-sistemi-azerbaycana-getirile-biler-454045713.html
İsrailin ali təhsil sistemi Azərbaycana gətirilə bilər
İsrailin ali təhsil sistemi Azərbaycana gətirilə bilər
Sputnik Azərbaycan
İsrailin on ali təhsil müəssisəsindən səkkizi dünyada yüksək reytinqə malikdir. Bu səbəbdən də ekspertlər düşünürlər ki, təhsildə Azərbaycan-İsrail əməkdaşlığı... 24.04.2023, Sputnik Azərbaycan
2023-04-24T16:01+0400
2023-04-24T16:01+0400
2023-04-24T16:01+0400
sinif
təhsil
israil
kamran əsədov
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289049_0:160:3072:1888_1920x0_80_0_0_15a08f86f7513d768a1acc433b4b17cc.jpg
BAKI, 24 aprel — Sputnik. Bu gün İsrail təhsili ən dayanıqlı təhsil sistemi kimi tanınır. İsrail təhsili eyni zamanda texniki biliklər, analitik araşdırmalarına görə dünyada fərqlənir. Müəllimlik bu ölkədə ən çox sayılıb-seçilən və geniş yayılan peşələrdən biridir. Bu yaxınlarda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023-2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq Proqramı imzalanıb. Maraqlıdır, bu əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edə bilər? Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan hələ sovet dönəmində İsrail ilə təhsil sahəsində əlaqələr yaradıb. Müstəqillik bərpa olunduqdan sonra Azərbaycan İsrail ilə təhsil sahəsində əməkdaşlığa daha böyük önəm verilib. Sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib: "Son illərdə İsrailin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycanla bölüşməsi, dərs vəsaitlərinin hazırlanmasına, həmçinin Azərbaycanın Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır. İsrailin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsil müəssisəsinin yaradılması çox mühüm addım olar".Ekspert bildirib ki, hazırda İsraildə 21 min azərbaycanlı gənc ali təhsil alır."Digər tərəfdən isə İsrail universitetlərinin əksəriyyəti dünya reytinqində ön yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə cavab verir", - deyə ekspert əlavə edir. Kamran Əsədov bildirir ki, bu səbəbdən də İsrailin təcrübəsindən yararlanmağa böyük ehtiyac var:Təhsil üzrə digər ekspert Vüsal Kərimli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İsrail 2018-ci ildə dünyada ən yaxşı təhsil verən 5 ölkədən biri seçilib: "İsrailin 10 ali təhsil müəssisəsi var ki. onun da səkkizi dünyada yüksək reytinqə malikdir. Bunun da əsas səbəbi universitetlərdə elmi araşdırmaların aparılmasıdır. Bu faktları əsas götürərək İsraillə birgə tədqiqatlar aparıla, onun ümumtəhsildə və ali təhsildə təcrübələri öyrənilə bilər".Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/02/16/426289049_171:0:2902:2048_1920x0_80_0_0_84e2cb390a8638298a46f8f84bcfadeb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
sinif, israil, kamran əsədov
sinif, israil, kamran əsədov
İsrailin ali təhsil sistemi Azərbaycana gətirilə bilər
İsrailin on ali təhsil müəssisəsindən səkkizi dünyada yüksək reytinqə malikdir. Bu səbəbdən də ekspertlər düşünürlər ki, təhsildə Azərbaycan-İsrail əməkdaşlığı bizə nailiyyətlər qazandıracaq.
BAKI, 24 aprel — Sputnik. Bu gün İsrail təhsili ən dayanıqlı təhsil sistemi kimi tanınır. İsrail təhsili eyni zamanda texniki biliklər, analitik araşdırmalarına görə dünyada fərqlənir. Müəllimlik bu ölkədə ən çox sayılıb-seçilən və geniş yayılan peşələrdən biridir.
Bu yaxınlarda Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında 2023-2026-cı illər üçün təhsil sahəsində əməkdaşlıq Proqramı imzalanıb.
Maraqlıdır, bu əməkdaşlıq Azərbaycan təhsilinə nə vəd edə bilər?
Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycan hələ sovet dönəmində İsrail ilə təhsil sahəsində əlaqələr yaradıb. Müstəqillik bərpa olunduqdan sonra Azərbaycan İsrail ilə təhsil sahəsində əməkdaşlığa daha böyük önəm verilib. Sonrakı illərdə də siyasi və hüquqi bazanın möhkəmləndirilməsi istiqamətində xeyli tədbirlər həyata keçirilib:
"Son illərdə İsrailin yeni təlim texnologiyaları sahəsindəki bilik və bacarıqlarını Azərbaycanla bölüşməsi, dərs vəsaitlərinin hazırlanmasına, həmçinin Azərbaycanın Dünya Bankı və başqa beynəlxalq qurumlarla həyata keçirəcəyi layihə fəaliyyətlərinə hər cür texniki yardım göstərməsi olduqca müsbət haldır. İsrailin Qazaxıstan və digər bir neçə ölkə ilə birgə universiteti fəaliyyət göstərir. Bütün sahələrdə Azərbaycanla qardaşlıq münasibətində olan dost ölkənin Azərbaycanla da ortaq ali təhsil müəssisəsinin yaradılması çox mühüm addım olar".
Ekspert bildirib ki, hazırda İsraildə 21 min azərbaycanlı gənc ali təhsil alır.
"Digər tərəfdən isə İsrail universitetlərinin əksəriyyəti dünya reytinqində ön yerlərdədir və məzunları müasir standartlara, əmək bazarının tələblərinə tam şəkildə cavab verir", - deyə ekspert əlavə edir.
Kamran Əsədov bildirir ki, bu səbəbdən də İsrailin təcrübəsindən yararlanmağa böyük ehtiyac var:
"Mövcud qanunvericiliyə görə Azərbaycan və İsrail birgə universitet yarada bilər. Belə bir ali məktəbin yaradılması üçün iki ölkə arasında təhsil müqavilələri olmalıdır. Azərbaycan və İsrail arasında da kifayət qədər çox istiqamətli müqavilələr var. Ümidvaram ki, Azərbaycan-İsrail birgə ali məktəbin yaradılmasına dair danışıqlar olacaq və bu, müsbət həllini tapacaq".
Təhsil üzrə digər ekspert Vüsal Kərimli isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, İsrail 2018-ci ildə dünyada ən yaxşı təhsil verən 5 ölkədən biri seçilib:
"İsrailin 10 ali təhsil müəssisəsi var ki. onun da səkkizi dünyada yüksək reytinqə malikdir. Bunun da əsas səbəbi universitetlərdə elmi araşdırmaların aparılmasıdır. Bu faktları əsas götürərək İsraillə birgə tədqiqatlar aparıla, onun ümumtəhsildə və ali təhsildə təcrübələri öyrənilə bilər".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.