CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qarabağın bərpası, yoxsa gənc ailələrə dəstək? - Ekspertlərin rəyi

© Sputnik / Ramil Sitdikov / Mediabanka keçidCütlük
Cütlük - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Abunə olmaq
Mütəxəssis düşünür ki, güzəştli ipoteka kredtinin sahələrini genişləndirmək, kreditin həcmini artırmaq mümkündür.
BAKI, 24 aprel — Sputnik. Türkiyədə evlilikləri təşviq etmək məqsədilə Ailə və Gənclər Bankı vasitəsilə yeni evlənən cütlüklərə iki illik güzəştlə 48 ay müddətinə 150 min TL faizsiz evlilik krediti veriləcək.
Azərbaycanda da bu mövzu dəfələrlə gündəmə gətirilsə də, hələlik ki, məsələ ilə bağlı konkret addım atılmayıb.
İqtisadçı Emin Qəribli Sputnik Azərbaycan-a açıqlamasında bidirib ki, Azərbaycanda da bu cür sosial layihələr olmalıdır.
© Photo : From the personal archive of Emin Garibliİqtisadçı ekspert - Emin Qəribli
İqtisadçı ekspert  - Emin Qəribli - Sputnik Azərbaycan, 1920, 24.04.2023
İqtisadçı ekspert - Emin Qəribli
Onun qənaətinə görə, konkret çəkilən xərclərə görə də ehtiyaclı cütlüklərə yardımlar edilə bilər.
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda gənc ailələrə müəyyən güzəştlər olsa da, burada müəyyən məhdudiyyətlər var.

"Məsələn, güzəştli ipoteka hər kəsə aid deyil. Burada bir sıra kateqoriyalar var. Amma yaşı 35-dək olan hər gənc ailə bundan yararlana bilmir. Düşünürəm ki, idniki vəziyyətdə biz sadəcə olaraq güzəştli ipoteka kredtinin sahələrini genişləndirə, kreditin həcmini artıra bilərik. Yəni hazırkı durumda bunları etmək mümkündür", - deyə o bildirib.

© Photo : Social media page of Khalid KarimliXalid Kərimli
Xalid Kərimli - Sputnik Azərbaycan, 1920, 24.04.2023
Xalid Kərimli
Azərbaycanda vəziyyətin fəqrli olduğunu bildirən ekspert ölkənin sosial və invesitisiya proqramlarının Qarabağın, Şərqi Zəngəzurun bərpasına və dövlət təhlükəsizliyinin təmin olunmasına yönəldildiyini qeyd edib.

"Bu səbəbdən də hazırda Azərbaycanın gənc ailələrə faizsiz olaraq müəyyən məbləği verməyə gücü çatmaz", - deyə o əlavə edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin müxtəlif illər üzrə bağlanan nikahlarda tərəflərin yaşına nəzər yetirdikdə də, son illərdə evlilik yaşının xeyli dəyişdiyini görə bilərik. Yəni, əvvəllər cütlüklər daha tez ailə qurmağa üstünlük veriridilərsə, son illərdə vəziyyət dəyişib. Belə ki, 2011-ci ildə 25-34 yaşda ailə quran bəylərin sayı 48 min 241, 2021-ci ildə isə 38 min 211 olub. Eyni dövrdə müvafiq yaş qrupları üzrə ailə quranlar qadınların sayı 21 min 226, 2021-ci ildə isə 17 min 206 olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0